“TikTok” fenomeni öldü

“TikTok” fenomeni Huey Haha 22 yaşında ölüb.
İki il ərzində “YouTube”da 100 milyon, “TikTok”da 4,5 milyon baxış qazanan məşhurun ölümü barədə onun “Instagram” hesabından bildirilib.

Onun izləyicilərini şoka salan ölümündən sonra “TikTok” səhifəsi bağlanıb.

İki yaşlı qızı olan Hahanın dəfn mərasimi xərcləri üçün 32 880 dollar yığılıb.

Huey Haha xüsusilə ABŞ-da yaşayan Asiya əsilli vətəndaşlarla əlaqəli satirik videoları ilə diqqət çəkmişdi.

Mənbə: Dailymail.co.uk