"Torpağın qadınları"
Yusif Nəzərli
23:24 05.10.2021
Cəmiyyət
312
Dünyanı onlar dəyişdirəcək
Dahi Hüseyn Cavid “sürüklənən bəşəriyyət qadınla yüksələcək!” deyirdi. Belə çıxır ki, əcnəbilər görkəmli klassikin dahiyanə fikrinə mənsub olduğu xalqın nümayəndələrindən çox önəm verir?.. Niyəsini deyək. Bu günlərdə “Yves Rocher” Vəqfi dünya qadınlarını əhatə edən “Torpağın qadınları” Mükafatının 2022-ci il qalibini müəyyənləşdirmək üçün növbəti qeydiyyat prosesinə başlayıb.
Qeydiyyat oktyabrın 15-dək davam edəcək. Mükafata iddialı qadınlar, harada yaşamalarından, hansı irqə mənsubluqlarından asılı olmayaraq, əgər yer üzünün daha da gözəlləşməsi, təmizlənməsi, saflaşması üçün kiçicik bir əmək sərf edirsə, qeydiyyatdan keçə bilər. Əlbəttə ki, öz hekayəsini əlavə etməklə. Detallara varmayacağıq. Mükafata təqdimolunma üçün şərtlər, ünvan Vəqfin veb.saytında yerləşdirilib. Məqsəd yarışma haqqında məlumat vermək deyil, yarışmanın nəyə xidmət etməsindədir.
Qeyd edək ki, BMT-nin Minillik İnkişaf Proqramı hədəflərindən biri də qadın azadlığı və gender bərabərliyidir. Adıçəkilən Vəqf məhz bu hədəfi dəstəkləmək məqsədilə 2001-ci ildən etibarən “Torpağın qadınları” Mükafatını təsis edib. Və bugünədək 50-dən artıq ölkədə 450 qadını mükafatlandırıb, ümumilikdə qadınlara 2 milyon avro dəyərində köməklik göstərilib. 2015-2016-cı illərdə qardaş Türkiyədə də bu layihə gerçəkləşdirilib və Türkiyə dünya ölkələri sırasında birincilik əldə edib.
Layihənin məqsədi planeti xilas etməkdir. Və qadınlar da genetik təməlləri baxımından xilasedici, qoruyucu, canlandırıcı olduqlarından bu vacib məsələdə qollarını çırmalayaraq öndə gedirlər. Biomüxtəlifliyi qorumaq, dünyamızı xilas etmək, ətraf mühitə təsirləri pozitiv hala gətirmək, dünyamızı daha da gözəlləşdirmək məqsədilə qadınlar planetin müxtəlif nöqtələrində mücadilə aparır. Fərdi olaraq da, təşkilat, birlik şəklində də. Belə qadınların hədəfi təbiətdən aldıqlarını təbiətə geri qaytarmaqdır. Torpağı təzələmək, bərəkətini artırmaq üçün çalışan qadınlar var. İlhamını torpaqdan alan qadınları bu çalışmalar zamanı dəstəkləyəcək layihələrə məhz bu səbəbdən böyük ehtiyac var. Cəmiyyət üçün faydalı ticarət fəaliyyəti ilə məşğul olan, mənfəət güdməyən quruluş və birliklərdə yer alan, ətraf mühit və təbiət uğrunda mücadilə aparan, fərdi iş qurub yararlı layihələr gerçəkləşdirmək istəyən qadınlar dəstək almaq üçün Vəqfə müraciət edə bilər. Torpağı ana bilən, torpaqla “əlləşib” halal çörəyini ondan qazanan türk qadını bu mükafatı alsa da, almasa da, mükafatların ən böyüyünü, ən dəyərlisinə sahibdir: O Vətəndir - Ana Vətən!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət