Türk silahları məşhur nəşrin mövzusu oldu
03:12 07.04.2021
Cəmiyyət
560
"Ərdoğanın hərbi SİHA-ları hərəkətverici qüvvəyə çevrilib və müttəfiqlərini narahat edir"
Suriya, Liviya və Dağlıq Qarabağdakı müharibələrdəki rolları ilə dünya gündəminə çevrilən Türk SİHA-ları bu dəfə ABŞ-ın "Bloomberg" nəşrində xüsusi bir reportajın mövzusu olub.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, "Ərdoğanın hərbi SİHA-ları hərəkətverici qüvvəyə çevrilib və müttəfiqlərini narahat edir" başlıqlı xəbərdə "Bloomberg" bu məsələdə Qərb ölkələrindən məmnun olmadığını yazıb. Nəşrdə Türkiyənin müttəfiqi olan Bakının müharibədə qələbə çalmasında türk silahlarının böyük rolu olduğu yazılıb.
Türk SİHA-larının Suriya münaqişəsində Rusiyanın rolunun zəiflədilməsində mühüm rolunun olduğu diqqətə çatdırılıb. Nəşr qeyd edib ki, Türkiyənin müdafiə avadanlığına edilən ümumi xərclər sürətlə artmaqdadır. Türkiyənin idxalı 2016-cı ildə yüzdə 59 faiz aşağı düşüb. Əvvəlki 5 illik dövrlə müqayisədə onun F-35 tədarükləri dayandırılıb. Nəşr qeyd edib ki, bunun nəticəsində Prezident Ərdoğan Türkiyənin xarici silah sistemlərinə olan asılılığını azaltmaq üçün daxildə müdafiə sənayesini gücləndirməkdədir: "Yeni dövrlərdə Türkiyənin yeni silahlar istehsal etməsi gözləniləndir. Maksimum 50 yeni nəsil türk istehsalı olan modellərin hazırlanması gözlənilir. Türk vasitələri ABŞ, Çin və İsrail ilə müqayisədə bazarda hələ də kiçik bir oyunçudur. Gələcəkdə böyük oyunçu ola bilər. Yalnız Birləşmiş Ərəb Əmirlikləri son 20 ildə qlobal silah xərclərini araşdıran SIPRI tərəfindən tərtib edilən silah tədarükçüləri cədvəlində daha yüksək səviyyəyə yüksəlib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya