Türkdilli ölkələrin Baş Prokurorluq Şurası yaradılır: “Qarşılıqlı hüquqi yardım..."
Banuçiçək Kalbalıyeva
16:25 19.02.2021
Cəmiyyət
727
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev jurnalistlərə müsahibəsində maraqlı məqamlara toxunub. Görüşlərdə mühüm məsələlərin müzakirə olunduğunu və əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayan Baş prokuror bildirib: “Ən mühüm məsələlərdən biri odur ki, həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə qarşıdakı illərdə türkdilli ölkələrin Baş Prokurorları Şurasının yaradılması üzərində işləmək və türkdilli ölkələrin baş prokurorlarının illik ümumi konfransının keçirilməsini təşkil etmək barədə razılığa gəldik. Hesab edirik ki, bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Təbii ki, digər məsələlər də müzakirə olundu. Konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi. Hesab edirəm ki, bizim faydalı əməkdaşlığımız həm dövlətlərimizin, həm xalqlarımızın və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət edir”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bu barədə “Sherg.az”a danışarkən təşəbbüsü yüksək qiymətləndirdi:
“Əlbəttə, müzakirəyəlayiq təklifdir. Bəzi ölkələrdə prokurorluq institutları yoxdur. Bəzilərində isə səlahiyyət dairələri bizimkindən fərqlidir.
Ancaq belə bir məsələnin reallaşması üçün gərək əvvəlcə türkdilli dövlətlər arasında qarşılıqlı hüquqi yardım haqqında sənəd imzalansın.
Bu, daha yaxşı inteqrasiya üçün vacibdir.
Hər halda çalışmaq lazımdır ki, sənəd sözdə qalmasın, ciddi nəticələr əldə edilsin. Məsələn, cinayət təqibində əməkdaşlıq və koordinasiyalı fəaliyyət mühüm şərtlərdəndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya