Türkiyədə həkim işləyən həmyərlimiz: “Təhlükəsizlik tədbirlərini yeddi dəfə artırmalıyıq”
Banuçiçək Kalbalıyeva
08:24 30.06.2020
Cəmiyyət
1064
“Özünüzün və doğmalarınızın sağlamlığının sizin əlinizdə olduğunu unutmayın”
“Çinin Uhan şəhərində başlayan və sürətlə bütün dünyaya yayılan COVİD-19 adlandırdığımız yeni tipli koronavirus özü ilə birlikdə bir çox problemlər gətirdi. Sözügedən virus hava-damcı yolu ilə yayıldığı üçün kifayət qədər təhlükəlidir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında hazırda İnstanbul İstinye universitetinin nevrologiya şöbəsində çalışan həkim həmyerlimiz Vüqar Cəfər deyib. V.Cəfərin fikrincə, koronavirus adi qripdən qat-qat təhlükəlidir:
“Dünyaca məşhur tibb dərgisi olan “Lancet”də dərc olunan bir məqalədə göstərilir ki, COVİD-19-la bağlı ölümlər sosioekonomik təsirlərdən asılı olaraq ölkədən-ölkəyə dəyişir. Həmçinin yaş da bu məsələyə təsir edir. Son araşdırmalara görə, ölüm ehtimalı 0.66 faizdir. Yəni orta hesabla hər on min nəfərdən 66-sı dünyasını dəyişir.
Bu isə adi qripdən yeddi qat artıq göstəricidir. Doqquz yaşına kimi uşaqlarda ölüm faizi çox aşağıdır. Bundan fərqli olaraq, 80 yaşdan yuxarı adamlarda isə bu ehtimal 7.8 faizə qədərdir.
Qeyd etdiyim faktlara əsasən deməliyəm ki, panikaya düşmədən koronavirusdan qorunmaq lazımdır. Hər birimiz dəfələrlə qrip keçirmişik. Özümüzü necə qorumaq lazım olduğunu, ətrafımızdakılarla məsafə saxlamağın zəruriliyini bilirik. İndi isə həmin təhlükəsizlik tədbirlərini yeddi dəfə artırmalıyıq”.
Həkim bütün soydaşlarımıza tövsiyələr də verdi:
“Gündəlik həyat tərzinizi müvafiq qaydalara uyğun formalaşdırın. Tibbi maska taxın, iki metrlik sosial məsafəni qoruyun. Əziz həmvətənlərim, virusdan özünüzü və ətrafınızdakıları qoruyun. Özünüzün və doğmalarınızın sağlamlığının sizin əlinizdə olduğunu unutmayın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm