Türkiyədən Prezidentə yazırlar: "Haqlı mübarizənizdə sonacan yanınızdayam"
Yusif Nəzərli
14:26 23.10.2020
Cəmiyyət
674
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar gəlməkdə davam edir.
"Sherg.az" Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.
Türkiyədən Erkan Cindən Azərbaycan liderinə yazır:
"Hörmətli cənab Prezident.
Hər şeydən əvvəl Allahdan şəhid zirvəsinə yüksələn Azərbaycan əsgərlərinə və mülki insanlara rəhmət diləyirəm. Allah şəhidlərimizin kədərli ailələrinə, xüsusən də Sizə və bütün Azərbaycan xalqına səbr versin. Yaralılara isə tezliklə şəfa tapmalarını arzulayıram. Xalqınızın dərdini, kədərini qəlbimizdə hiss edirik.
Əcdadların əsl türk olaraq Osmanlı İmperatorluğunun vaxtından bu günə qədər eyni yerdə ləyaqətlə yaşamışdır.
Hazırda Türkiyə Respublikasına xidmət edən bir dövlət məmuruyam.
Müxtəlif səbəblərdən iki dəfə Azərbaycana, yəni Bakıya gəlmişəm və bunun sayəsində Azərbaycan coğrafiyasını və xalqınızı yaxından tanımaq fürsəti tapmışam.
Mən bir çox azərbaycanlı dost və qardaş qazanan xoşbəxt türklərdənəm. İstəyirəm ki, bu müharibədə Azərbaycan xalqının haqlı mübarizənizdə sonacan yanınızda olduğumu biləsiniz.
Həm də istəyirəm biləsiniz ki, razılığınız olduğu halda hər cür kömək üçün Azərbaycana gəlməyə və verəcəyiniz istənilən vəzifəni yerinə yetirməyə hazıram. Lazım gələrsə, cəbhədəki əsgərlər qardaşlarımız üçün yemək və su, ehtiyac olsa, kürəyimdə güllə daşıyaram və ya onlar üçün səngərlər qazaram.
"Bir millət, iki dövlət" ifadəsi mənim üçün sonsuza qədərdir.
Allah Azərbaycan xalqının yar və yardımçısı olsun."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət