Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA
08:34 31.05.2020
Cəmiyyət
742
Yay gəlir, dünyanın hər yerində təyyarə uçuşları bərpa olunur. Pandemiyanın tam başa çatmadığı zamanda aviasəfərlər yoluxmaya necə təsir edə bilər? Bu şəraitdə hansı addımlar atılmalıdır?
Lent.az -a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, əslində belə müzakirələrin yaşanacağı elm adamlarına hələ bu virus yeni yayılarkən məlum idi:
“Sadəcə, virusla mübarizənin ilkin mərhələsində prioritetlər fərqli olduğuna görə, bu mövzu o qədər də ictimailəşməmişdi. İndi isə tətil mövsümü yaxınlaşdığına görə artıq bu mövzu hər kəsi narahat etməyə başlayır. Xüsusən də ölkələr arası uçuşlar zamanı təyyarə kabinində ola biləcək yoluxma halları nəinki sadə vətəndaşları, eləcə də böyük aviaşirkətləri və ölkə rəhbərliklərini də narahat edir”.
N.Abdullayev bildirir ki, son elmi tədqiqatlara görə, virusun yayılmasında əsas yeri damcılardan da kiçik olan aerozollar tutur və virusun 50%-i məhz aerozollar vasitəsi ilə yayılır. Məhz bu aerozollar da təyyarə kabinində yoluxma hallarına səbəb ola bilər. “Amma qeyd etdiyim kimi, bu problem daha öncədən artıq elmə məlum idi və yaranacaq müzakirələrə elmi cavab vermək üçün də artıq bu sahədə də tədqiqatlar var.
Həmin tədqiqatlar göstərir ki, təyyarə salonunda hava axınının istiqaməti bəlli olduğundan müəyyən şərtlərə əməl etməklə aerozolla yoluxmanın qarşısını almaq mümkündür. Belə ki, virus daşıyıcılığına şübhə olanların təyyarənin müvafiq yerində əyləşdirilməsi, sərnişinlərin maskalardan istifadəsi və həmçinin məsafənin də saxlanılması həmin şərtlərə daxil olan vacib faktorlardır.
Təyyarə kabinində sərnişinlər arasında məsafələrin saxlanılması maliyyə baxımından aviaşirkətlər tərəfindən dəstəklənməsə belə, maskaların aerozolların yayılmasını əngəlləməsi və təyyarələrdə olan hava axınının istiqamətinin öncədən bəlli olması faktları nəzərə alınarsa, yoluxuculuq qabiliyyətinə malik viruslu aerozolların bütün təyyarə sərnişinlərini yoluxdurması halı gözlənilən deyil”.
Maraqlıdır, bu tədbirlərlə yoluxmanın qarşısını almaq olarsa, onda bu günə qədər təyyarələrin uçuşuna niyə icazə verilmirdi?
Həmsöhbətimiz deyir ki, cavab sadədir: “Hər kəs bilməlidir ki, dünyanın hər yerində bu məsələlər siyasi qərarla həll olunur və elmin rolu burada sadəcə siyasətə dəstək olmaqdır. Amma bir şeyi unutmamalıyıq ki, təyyarə uçuşları mümkün olan zaman narahatlıq təkcə kabində yoluxma ilə bağlı deyil. Vacib məsələlərdən biri də virus daşıyıcısı olan insanın hər hansı bir ölkəyə daxil olan zaman müəyyən qrup insanları yoluxdurmasıdır ki, bu da yenidən ölkədə fərqli problemlərə gətirib çıxarda bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya