Ukrayna mətbuatında səfir Elmira Axundovanın məqaləsi dərc edilib
12:39 30.04.2021
Cəmiyyət
445
Ukraynanın nüfuzlu “Gordon” nəşrində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın Çernobıl fəlakətinin 35 illiyi ilə bağlı məqaləsi dərc edilib.
"Sherg.az"xəbər verir ki, məqalədə E.Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin “Beş il Kremlin dəhlizlərində” adlı ikinci kitabında Çernobıl fəlakəti ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Çernobıl nüvə stansiyasında qəzanın baş verməsi XX əsrin və Qorbaçov dövrünün ən dəhşətli faciəsi idi.
1970-ci illərdə SSRİ nüvə elektrik stansiyalarının inşası üçün dövlət proqramı qəbul edib. Bu proqramda ən böyük sənaye mərkəzlərinin yaxınlığında nüvə elektrik stansiyalarının inşası nəzərdə tutulurdu. Həmin stansiyalar Leninqrad, Kiyev, Sverdlovsk və digər böyük şəhərlərin yaxınlığında tikildilər.
Nüvə alimləri eyni nüvə elektrik stansiyasını Moskva yaxınlığında da tikməyi planlaşdırırdılar. Lakin sonda bu plana qarşı çıxanlar qərarı ləğv etdirməyi bacardılar. Heydər Əliyev də nüvə elektrik stansiyalarına etibar etmirdi və eyni zamanda, Azərbaycanda nüvə elektrik stansiyalarının inşasının qadağan olunmasına kömək etdi, baxmayaraq ki, hazırlıq işlərinin bir hissəsi Bakı yaxınlığında aparılırdı. Ermənistandan sonra Qafqazda ikinci Atom Elektrik Stansiyası Azərbaycanın ərazisində tikilməli idi, lakin Heydər Əliyev bu layihənin reallaşmasının qarşısını almağa nail oldu.
Məqalədə Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra əhaliyə və beynəlxalq aləmə məlumatın çatdırılmaması ilə bağlı xronoloji faktlar açıqlanıb. Qeyd olunub ki, SSRİ hakimiyyətində yalnız Yakovlev və Heydər Əliyev baş verən faciə haqqında məlumatın xarici jurnalistlərə və yerli əhaliyə çatdırılmasının vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm