Umayra Tağıyeva: Abşeron yarımadasında sürətli küləklərin sayı artıb
07:47 30.05.2020
Cəmiyyət
622
Son günlər Azərbaycanda küləkli günlərin sayı daha da çoxalıb.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, küləkli günlərin çoxalması sinoptik proseslərlə bağlıdır: “Soyuq atmosfer cəbhələri ölkə ərazisindən keçir. Bu, may ayı üçün səciyyəvidir, gözlənilən prosesdir. Ümumiyyətlə, Abşeron yarımadasında şimal küləyi tez-tez güclənir. 200 gündən çox şimal küləyinin üstünlüyü bizim üçün səciyyəvidir. Yəni, qeyri-adi hadisə deyil. Xüsusilə də Abşeron yarımadasında son onilliklərdəki statistik məlumatları təhlil etsək, sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayında artma tendensiyası var”.
U.Tağıyeva deyib ki, Bakı küləklər şəhəridir və külək tez-tez güclənir: “Amma bu məsələyə daha qlobal yanaşsaq, iqlim dəyişmələri fonunda nəinki Azərbaycanda, bütün dünyada hitrometeoroloji hadisələrdə artım tendensiyası müşahidə olunur. Biz Abşeronda küləklərlə bağlı araşdırma aparmışıq və müəyyən olunub ki, sürəti 25 metr/saniyədən artıq olan küləkli günlərin sayı artır. Bunu da iqlim dəyişikliklərinin təzahürləri ilə əlaqələndirmək olar”.
Xidmət rəisi qeyd edib ki, hazırda baş verən küləkli hava sabah gün ərzində səngiməyə başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya