Ünvanlı paylaşımlar hədəfə dəyir
Turan
09:16 15.10.2020
Cəmiyyət
498
Çox müsbət haldır ki, ölkəmizdə və xaricdə informasiya savaşında iştirak etmək üçün könüllülər ordusu formalaşıb
Ermənilərin dezinformasiyalarını ifşa edən gənclərimiz virtual güc birliyi göstərirlər
Ermənilər iyul hadisələrində olduğu kimi, yenə də planlı şəkildə xarici ölkələrdə təxribatlara başlayırlar. Cəbhədəki uğursuzluqları onları daha da aqressivləşdirib. Erməni lobbisinin təxribatçı planları onların ideoloji mərkəzi olan Amerikanın Erməni Milli Komitəsi (ANCA) tərəfindən hazırlanıb. Planın birinci istiqaməti ABŞ konqresmenlərini sosial şəbəkələrdə Azərbaycan əleyhinə çağırışa səsləməkdir.
Artıq ABŞ konqresmenləri kütləvi olaraq ermənilərin müdafiəsinə qalxıblar. Hətta 11 ABŞ konqresmeni dövlət katibi Mayk Pompeoya Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləyən məktub ünvanlayıblar. ANCA-nın ikinci istiqaməti dünya ermənilərinin soydaşlarımızı provokasiyaya çəkərək beynəlxalq aləmdə gündəmi öz xeyirlərinə dəyişməsidir.
Prosesləri “Şərq”ə dəyərləndirən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, artıq Amerikada ermənilər Azərbaycan əleyhinə aksiyalara başlayıblar. Onun sözlərinə görə, soydaşlarımızdan verilən məlumata görə, Avropanın bir neçə ölkəsində də ermənilərin mitinqi olub:
“Əsas yürüş-aksiyaları beynəlxalq təşkilatların və Azərbaycan səfirliklərinin qarşısında keçirilir. Lakin onların əsas məqsədi təxribat törətməkdir. Artıq xaricdə növbəti Qarabağ cəbhəsi açılıb. Düşünürəm ki, qarşıdakı həftələrdə diasporumuz daha çox məsuliyyətli olmalı, ermənilərə qarşı mübarizədə hüquqi çərçivədə addım atmalıdır. Bununla bağlı aidiyyəti qurumlar xaricdəki soydaşlarımıza xəbərdarlıq etməli, tapşırıqlar verməli və önləyici tədbirlər görülməlidir. Əks halda iyul hadisələri zamanı olduğu kimi, xaricdə həmvətənlərimiz əziyyət çəkə bilər”.
F.Hüseynzadənin sözlərinə görə, sevindirici haldır ki, müharibə Azərbaycan xalqının milli vətənpərvərlik gücünü bir daha göstərdi:
“Xalqımız sözün həqiqi mənasında müharibə sevinci yaşayır və işğal olunmuş torpaqlarımız geri qaytarılmayana kimi müharibənin dayanmağını istəmir. Xalq milli məsələdə istər ön cəbhədə, istərsə də arxa cəbhə necə birləşib düşmənə mübarizə aparmaq gücünü ortaya qoydu. Milli ordumuzun hər gün cəbhədə əldə etdiyi uğurlar hər birimizin qüruruna çevrilib.
Eyni zamanda informasiya müharibəsində də dünya azərbaycanlıları səngərdə keşik çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün aktivlik göstərirlər. Artıq virtual aləmdə da hər bir soydaşımız strateji olaraq hücum mövqeyinə keçib erməniləri ifşaedici yazılarla dünyaya tanıdırlar.
Məhz bunun nəticəsidir ki, artıq ermənilərin Dağlıq Qarabağdakı son təxribatları dünya mediasının top mövzuları arasına düşüb. Çox müsbət haldır ki, ölkəmizdə və xaricdə informasiya savaşında iştirak etmək üçün könüllülər ordusu formalaşıb. Ermənilərin dezinformasiyalarını ifşa edən gənclərimiz virtual güc birliyi göstərirlər”.
Jurnalist qeyd edib ki, hazırda erməni və ermənipərəst qüvvələr “Facebook”, “Twitter”, eləcə də CNN, BBC və s. tanınmış sosial şəbəkə və media orqanlarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edirlər:
“Nəzərə almaq lazımdır ki, bu gün “Twitter” sosial şəbəkəlikdən çıxaraq, siyasi platformaya çevrilib. “Twitter”də informasiya müharibəsinin ən gərgin anı - həştəq mübarizəsi yaşanır. Burada yazılan bir “twit”lə anındaca dünyanın ictimai-siyasi gündəmini dəyişmək olur. Bu gün azərbaycanlılar kütləvi şəkildə “Twitter”də aktivlik göstərib, bu kimi məsələlərə təsir etmək gücünü artırıblar.
Qarabağ məsələsi ilə bağlı təbliğat işi informasiya müharibəsi üzərindən aktiv aparılır. Xüsusən son günlər ermənilərin Dağlıq Qarabağda etdikləri təxribatçılıq əməllərinə qarşı soydaşlarımız tərəfindən güc birliyi nümayiş olunur. Sosial şəbəkələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən həştəqlər tez bir zamanda trend olur.
Bu o deməkdir ki, “Twitter” və digər sosial şəbəkələr üzərindən ingilis, rus, fransız və s. dillərdə Ermənistanın işğalçılıq və separatçılıq siyasətini ifşa edən ünvanlı paylaşımlar hədəfə dəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya