Ürək-damar və sinir xəstələrinin NƏZƏRİNƏ ! - "Sağlamlığınız təhdid altında...!"
Banuçiçək Kalbalıyeva
15:27 22.06.2020
Cəmiyyət
757
"İyun ayı üçün öyrəşmədiyimiz havadır, ehtiyatlı davranmalıdırlar"
Son günlər ölkədə qeyri-stabil hava şəraitinin şahidi oluruq. Şimşək çaxır, yağış yağır. Hətta Gədəbəy qara bürünüb. Əlbəttə, iyun ayında, necə deyərlər, yayın cırhacırında bu, hər kəs üçün gözlənilməzdir.
Elə qəribə bir vəziyyət yaranıb ki, özümüzü günəş şüasından qorumaq əvəzinə, qəfil yağa biləcək yağışdan ehtiyatlanırıq. Yəni koronavirus azmış kimi, bir də öz “cığır”ından çıxan havalar sağlamlığımızı təhdid edir.
Bu barədə “Sherg.az” a açıqlama verən həkim-allerqoloq Şahvələd Məmmədov söylədi ki, insanların özlərini qorumasında fayda var:
“Əlbəttə, iyun ayı üçün öyrəşmədiyimiz havadır. Ürək-damar xəstələri, əsəb-sinir pozuntuları olanlar ehtiyatlı davranmalıdırlar. Hər halda belə hava şəraiti heç kim üçün arzuolunan deyil”.
Həkim mövcud hava şəraitinin koronavirusa təsirindən də danışdı:
“Əvvəllər isti havada-müsbət 26 dərəcədə koronavirusun öldüyünü deyirdilər. Sonradan gördük ki, hətta ən isti ölkələrdə də virus yayıldı. Ona görə də dəqiq, konkret bir proqnoz vermək çətindir. Amma virusun soyuq havada daha yaxşı yayılması məlumdur. Buna baxmayaraq, bir saat, saat yarım yağan yağış təbii ki, heç bir praktik əhəmiyyətə malik deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm