Mütəxəssislərin fikrincə, uşaqların çoxu atalarını güclü, qoruyucu və hər problemi həll edə bilən bir şəxs kimi qəbul edir. Bu təsəvvür uşaqlarda təhlükəsizlik və güvən hissinin formalaşmasına kömək edir və onların psixoloji inkişafında mühüm rol oynayır.
Sherg.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, ata ilə uşaq arasında qurulan sağlam münasibət uşağın emosional və sosial inkişafına müsbət təsir edir. Mütəxəssislər bildirirlər ki, uşaqların həyatında həm ana, həm də ata eyni dərəcədə vacibdir və hər iki valideynin dəstəyi onların özünəinamlı böyüməsinə şərait yaradır.
Elmi tədqiqatlar həmçinin göstərib ki, ata olan kişilərdə də hormonal və bioloji dəyişikliklər baş verir. Bu dəyişikliklər ataların uşaqları ilə daha güclü bağ qurmasına və onlara qarşı daha qayğıkeş davranmasına kömək edir.
Mütəxəssislərin qənaətinə görə, müasir dövrdə ataların rolu yalnız ailəni təmin etməklə məhdudlaşmır. Onlar uşaqların gündəlik qayğısında, tərbiyəsində və emosional inkişafında da fəal iştirak edərək ailə həyatının ayrılmaz hissəsinə çevrilirlər.