Uşaqlarda aqressiv davranışlar həmişə keçici olmur. Araşdırmalara görə 2-4 yaş dövründə vurmaq, dalaşmaq kimi davranışlar normal sayılsa da, onların davamlı və artan formada olması risk əlamətidir.
Sherg.az şiddət meyli ola biləcək əsas işarələri təqdim edir:
Davamlı və təkrarlanan vurma, dalaşmaq, aqressiya
Davranışların yaş artdıqca azalmaq əvəzinə davam etməsi
Ev, məktəb və digər mühitlərdə eyni davranışların təkrarlanması
Güclü və idarəolunmayan öfke partlayışları
Dürtü nəzarətinin zəif olması
Empati hissinin aşağı olması
Sosial münasibətlərdə tez-tez konflikt
Fiziki reaksiyanı sözlə ifadə edə bilməmə
Söyüş, təhdid kimi verbal aqressiya
Oyunda daima dağıdıcı davranışlar
Sosial qaydaları davamlı pozma
Əsas səbəblər:
Ailə içi şiddətə məruz qalma və ya şahidlik
Sərt və ya qeyri-sabit tərbiyə
Dil və emosional ifadə zəifliyi
Ailə stressi və konfliktli mühit
Bəzən hətta hamiləlik dövründə risk faktorları
Azaltma yolları:
Erkən yaşda davranışların müşahidəsi və müdaxilə
Düzgün və sabit tərbiyə sistemi
Emosional və sosial bacarıqların inkişafı
Empati və ünsiyyət bacarıqlarının gücləndirilməsi
Ailə mühitində şiddətin və gərginliyin azaldılması
Qısa nəticə: Aqressiya hər zaman problem deyil, amma davamlı və genişlənən hal alırsa, ciddi davranış riskinə işarə edə bilər və erkən müdaxilə vacibdir.