
Üstünlüyü sadəliyindədir
Yusif Nəzərli
12:48 30.10.2021
Cəmiyyət
2147
Mexaniki sayğac dəqiq işləyir, daha etibarlıdır
Nə qədər qaz sərf edəcəksən, o qədər də ödəniş edəcəksən. Sərfiyyatın miqdarı hər ay yoxlanacaq
"Mexaniki sayğacların üzərinə quraşdırılan qurğular birbaşa olaraq həmin sayğacı nəzarətdə saxlamağa, onun oxunuşunu həyata keçirməyə imkan verəcək". Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev media nümayəndələri üçün dünən keçirilən “Açıq qapı” zamanı bildirib. "Artıq 50 minə yaxın bu tip sayğac əsasən yeni tikilmiş binalarda quraşdırılıb. Bu proseslə yanaşı smart kart tipli sayğacların istismarı, alışı dayandırılmayıb. Hazırda da anbarlarda kifayət qədər bu tip sayğac var.
Bununla abonentlər üçün seçim imkanı saxlamışıq", - R.Əliyev qeyd edib. Onun sözlərinə görə, ay ərzində cəmi 10-15 abonent sonradan ödəniş sayğacının əvvəlcədən ödəniş sayğacı ilə əvəz edilməsi ilə bağlı bizə müraciət edir: "Smart kart tipli sayğaclar artıq bütün dünyada bazardan çıxır. Heç bir qaz satışı həyata keçirən müəssisələrdə artıq onlar yoxdur. Avropanın özündə bu gün adi mexaniki tipli sayğaclardan istifadə olunur. Adətən smart kart tipli sayğaclar abonentin ödənişi həyata keçirə bilmədiyi zaman quraşdırılır. Bizdə isə abonentlərin ödəniş səviyyəsi çox yüksəkdir. Bu ilin 9 ayının nəticələrinə görə yığım səviyyəsi 100 faizin üzərindədir".
Xatırladaq ki, bir neçə gün əvvəl də “Azəriqaz” rəhbəri qaz sayğaclarının abonentlərin istəyinə uyğun dəyişdirildiyini bildirmişdi. Abonentin istəyindən asılı olaraq smart kart tipli sayğaclar mexaniki sayğaclarla əvəz edilir, dəyişdirmək istəməyənlərə də heç bir məcburiyyət yoxdur. Vətəndaşda isə istər-istəməz sual yaranır; mexaniki sayğaclar yaxşı idisə, niyə illər öncə smart kart tipli sayğaclara keçildi. Həm də iki dəfə dəyişiklik edildi. Köhnə smart kart tipli sayğaclar “daha müasirlə” əvəz edildi. “Dilini” bilən də yoxdur. Sayğaca qaz yükləmək üçün arvadlar küçəyə çıxıb qonum-qonşuda “yükləyici” soraqlaşır. İndi də deyirlər, yox, mexaniki yaxşıdı, Avropada daha kimsə smart kart tipli sayğacdan istifadə etmir. Avropa başı aşağı dayansa, deməli biz də kəllə-mayallaq durmalıyıq?! Nədir bu sayğaclardan çəkdiyimiz?!

İstehlakçı hüquqları üzrə ekspert Nüsrət Qasımov “Şərq”ə açıqlamasında mexaniki sayğacların üstünlüyünün sadəliyində olduğunu dedi:
- Əhalini razı salmaq mümkün deyil. Hərə bir söz deyir. Birinə smart kart tipli xoş gəlir, birinə mexaniki. “Azəriqaz”da seçim imkanı verir, kim hansı sayğacı istəyir, o da quraşdırılır. Hər bir sayğacın da öz üstünlüyü var. Mexaniki sayğac belədir ki, nə qədər işlədirsən, o qədər də ödəyirsən. Smart-kart tipli sayğacda problem budur ki, gərək əvvəlcədən ödəniş edəsən. Bir də görürsən bozbaş qazanı plitənin üstündə ola-ola, qaz kəsildi. Yüklədiyin qaz qurtardı. İndi gəl, səhərə, axşama, gecəyə baxmadan get karta qaz yüklə! Mexaniki sayğaclar dəqiq işləyir. Təsəvvür edin ki, dünyada bütün avtomobillər sayğacla işləyir. Heç bir sürücü iddia edə bilməz ki, 60 dərəcə sürətlə avtomobili idarə edirdi, amma sürət 90 göstərilib. Mexaniki qaz sayğacları da belədir. Nə qədər qaz sərf olunacaqsa, o qədər də pul ödənəcək. Smart kart tipli sayğaclarda da hesablamada səhv olmur. Vətəndaş narazıdırsa, “Azəriqaz”da xüsusi komissiya fəaliyyət göstərir. Müraciət etsinlər, sayğac yoxlansın. Smart kart tipli sayğaclar 5 ildən bir yoxlamadan keçirilməlidir. Bu sayğaclara çox adam qaz yükləyə bilmir. Amma mexaniki sayğacla məsələ asandır.
Onun üstünlüyü sadələyindədir. Nə qədər qaz sərf edəcəksən, o qədər də ödəniş edəcəksən. Sərfiyyatın miqdarı hər ay yoxlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya