Üzü bərbad hala düşən xanımlar var
Məlahət Rzayeva
12:58 01.10.2019
Cəmiyyət
747
ABŞ-ın Tenessi ştatının Noksvill şəhər sakini Ceyn Şarp manikür salonunda ölümcül infeksiyaya yaxalanıb.
Qadın deyib ki, manikür zamanı usta onun barmağını zədələyib, amma o, buna əhəmiyyət verməyib. Ancaq bir neçə saatdan sonra barmağı şişməyə başlayıb və səhər şiş artıq dirsəyə qədər yayılıb.
Qadın xəstəxanaya gedib və ona nekrotik yara diaqnozu qoyulub. Bu, olduqca sürətlə dərinin üst qatına və dərialtı toxumaya yayılan çox nadir bakterial infeksiyadır.
Həkimlərin dediyinə görə, qadın həkimə gec müraciət etsəydi, bütün qolunu itirə bilərdi.
O, manikür salonunu məhkəməyə verib.
Gözəllik, masaj salonlarının, stomotoloji kabinetlərin infeksiya mənbəyi olması sirr deyil. Gözəllik salonuna gedəndə individual əl-üz dəsmalı aparanları az görməmişik. Səbəb də bunu göstəriblər ki, oradakı dəsmalların rəngindən adam iyrənir. Bilmirsən kim yuyur, harda, necə yuyulur. İstər qadın gözəllik salonlarında, istərsə də kişi salonlarında baş dərisinə yara düşən, saçı yanan müştərilər az olmayıb. Tər-təmiz saçlara kəpək salan gözəllik salonları da olur. Bunlar müalicəsi mümkün hallardır. Vay o gündən ki, insan ağır infeksiyalara yoluxsun. Son zamanlar stomotoloji kabinetlər pasiyentlə işə başlamamış hepatitlə bağlı tibbi arayış tələb edirlər ki, sonradan pasiyent hepatitə yoluxmasına görə diş həkimini günahlandırmasın. Nə qədər ehtiyatlıyıq gözəllik salonlarına qarşı?
“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova “Şərq”ə açıqlamasında bildirdi ki, xidmət sektoru ilə bağlı ciddi iş aparılmasına ehtiyac var:
- Birliyimizə gözəllik salonları, estetik həkimlərlə bağlı şikayətlər daxil olur. Vətəndaşlar məhkəməyə müraciət etmək istədiklərini bildirirlər. Amma problem bundadır ki, gözəllik salonları və yaxud, hansısa başqa xidmət sektoru ilə bağlı məhkəməyə müraciət etmək üçün hüquqi əsas tapılmır. Ona görə ki, salonların çoxu lisenziyasız fəaliyyət göstərir, vergi ödəyicisi deyillər, müştərinin qeydiyyatı aparılmır. Yaşayış binalarının alt mərtəbələrində gözəllik salonları fəaliyyət göstərir. Salonlarda çalışanların əksəriyyəti 3 aylıq kurs keçmiş adamlardır. Ya da yanında işləyən saç ustasına, manikür, pedikür ustasına baxıb öyrənən.
Əksəriyyətinin diplomu yoxdur. Peşə məktəbi bitirməyiblər. Baxırsan ki, gəzəllik salonlarının divarları sertifikatlarla, diplomlarla bəzədilib. Kim, hansı təşkilat verib bu sertifikatları, diplomları? Bilinmir. Heç kim də bununla maraqlanmır. Siz neçə nəfəri nümunə göstərə bilərsiniz ki, saç ustasından ixtisasının olub-olmadığını soruşsun, ustadan harada təhsil aldığını soruşsun. Eşidirlər ki, yaxşı ustadır, gedirlər yanına. Və şəkil göstərib deyirlər ki, istəyirəm saçım bu cür olsun və ya hansısa estetik əməliyyat etdirmək istəyirlər. Amma həkimlə məsləhətləşmirlər ki, bunu eləmək olar, olmaz? Ona görə də sonradan bir çox fəsadlar yaranır. Ümumilikdə götürsək, biz savadsız istehlakçıyıq. Marketdə aldığımız malın, məhsulun saxlanma müddətinə diqqət etmirik, alıb gətiririk evə, sonra da qida zəhərlənməsi baş verir. İstehlakçıların maarifləndirilməsi də zəifdir.
G.Səfərova qeyd etdi ki, gözəllik salonlarında çalışanlar, kosmetoloqlar ixtisaslı olmalıdırlar:
- Kosmetoloji prosedur həyata keçirənlər bilməlidir ki, vətəndaşın nəyə allergiyası var. Bəzən adicə saç boyası insanda allergik reaksiya verir. Bizə müraciət edən xanımlar olur və şikayət edirlər ki, kosmetoloq qəbuluna gedib üzdə müəyyən əməliyyat etdiriblər, kosmetoloq deyib, üzün şişkinliyi bir neçə günə keçəcək, amma 1 aydır keçmir. Bəzən üzü bərbad hala düşən xanımlar da olur. Bunlar hamısı təsadüfi adamların kosmetologiya ilə məşğul olmasından irəli gəlir. Amma xidmət sektorunda nəzarətsizlik olduğundan onlarla hüquqi çərçivədə mübarizə aparmaq, istehlakçının hüquqlarını müdafiə etmək mümkün olmur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə