"Valideyn övlada, övlad isə valideynə nəzarət etməlidir"
- Sabir Rüstəmxanlı
Banuçiçək Kalbalıyeva
15:11 23.03.2020
Cəmiyyət
790
Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ölkədə koronavirus riskini minimuma endirmək üçün müxtəlif izolyasiya tədbirləri həyata keçirir.
Verilmiş qərara əsasən mart ayının 29- una kimi rayon qeydiyyatlı vətəndaşların paytaxta giriş- çıxışı qadağan edilib. Amma özünün və ətrafdakıların sağlamlıqlarını təhlükəyə ataraq qərardan boyun qaçıranlar da var. Dünən DYP əməkdaşları sərnişin daşıyan Təcili tibbi yardım maşınlarını saxlayıblar. Bəzi insanların belə hərəkətlərinə məna vermək, həqiqətən, çətindir. Niyə insanlar öz sağlamlıqlarını riskə atsınlar, hökumətin verdiyi qərarlara tabe olmaq istəməsinlər?!
Bu barədə "Sherg.az a danışan Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı belə addımların məsuliyyətsizlikdən irəli gəldiyi qənaətindədir:
"Çünki insanlar öz məsuliyyətlərini başa düşmürlər. Bu cür neqativ halların qarşısını almaq üçün təkcə hüquq mühafizə orqanlarının fəaliyyəti kifayət deyil. Daha vacibi ictimai qınaq və şüurdur. Türkiyənin İstanbul şəhərində yaşı 65-dən çox olanların çölə çıxmasına qadağa qoyublar. Amma yaşlılar qərara qarşı gəlir, istədikləri kimi gəzirlər. Hindistanın şəhərlərində, o cümlədən Bombeydə isə vəziyyət tamam fərqlidir. Əhali verilən tapşırıqlara, tövsiyələrə qeyd-şərtsiz əməl edir".
S. Rüstəmxanlının fikrincə, əsas çatışmazlıq təşkilatlanmanın olmamasıdır. "Ailə ən kiçik cəmiyyətdir. Evdə valideyn övlada, övlad isə valideynə nəzarət etməlidir. Sonra müxtəlif qruplardakı insanlar bir- birilərindən məsuliyyəti olmağı tələb etməlidirlər. Bizdə təşkilatlanma zəifdir; kim necə istəyir, elə də davranır. Ona görə də çox zaman səylərimiz nəticəsiz qalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm