Vasif Talıbov İrana torpaq satıb? - Rəsmi CAVAB
Yusif Nəzərli
07:19 03.03.2023
Cəmiyyət
420
Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran İslam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilir:
“Bildiririk ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 2 dekabr 1954-cü il tarixli “Sərhəd və maliyyə məsələləri üzrə Sazişə” və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli “Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında” müqaviləyə əsasən müəyyən edilib.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhəd xətti yuxarıda qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik baş verməyib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri - 2014-cü ilin 12 noyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” memoranduma və həmin memorandumun tərkib hissəsi olan “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə yetirilməsi haqqında” təlimata əsasən həyata keçirilir.
Qeyd edilən memorandum Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli №1154-IVQ nömrəli Qanunu ilə təsdiq edilib.
Araz çayının təbii səbəblərdən dəyişmiş su axınının çayın əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfin aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin çoxsaylı görüşləri keçirilib, bu görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu işlər davam etdirilir”.
Qeyd edək ki, yayılmış məlumatlarda sərhəd xəttinin qanunsuz dəyişdirilməsi nəticəsində 21 hektar torpağın İran İslam Respublikasının ərazilərinə daxil etdikliyi bildirilib. O da qeyd olunub ki, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm