Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsi açılıb - FOTO
Yusif Nəzərli
17:52 07.10.2021
Cəmiyyət
408
Xətai rayonunda yerləşən 165 nömrəli orta məktəbin həyətində Vətən müharibəsi şəhidləri Abdürrəhmanlı Sübhan Mahir oğlu, Eyvazov Əbülhəsən Balaş oğlu, Rüstəmov Rövşən Orxan oğlu, aprel şəhidi, pilot mayor Musazadə Təbriz Tariyel oğlu və Birinci Qarabağ müharibəsinin şəhidi Fərrux Abbasovunun xatirə lövhələrinin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə beş şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib. Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Şəhidlərin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, S.Abdurrəhmanlı 1992-ci il oktyabrın 18-də paytaxtın Xətai rayonunda anadan olub. O, Vətən müharibəsinə qatılıb və 2020-ci il oktyabrın 6-da Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn edilib. S.Abdurrəhmanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medallarıı ilə təkltif edilib.
Ə.Eyvazov 1996-cı il noyabrın 1-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 2020-ci il oktyabrın 28-də Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 30-da Bakının Suraxanı rayonu ərazisindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn edilib. O, ölümündən sonra “Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
R.Rüstəmov 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 2020-ci il oktyabrın 6-da Tərtər (keçmiş Ağdərə rayonu) istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Milli Ordusunun yaradılmasında fəal iştirak etmiş məşhur sərkərdə, general-mayor Tərlan bəy Əliyarbəyovun nəticəsidir. R.Rüstəmov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət