Vətəndaşlar düşünməlidirlər:“Hər bir qərar onların sağlamlığı naminədir”
Banuçiçək Kalbalıyeva
08:01 29.06.2020
Cəmiyyət
1219
Bəzi insanlar karantin qaydalarının yenidən sərtləşdirilməsini birmənalı qarşılamadılar. Onlar "Buna nə ehtiyac var?" deyərək növbəti sərtləşdirilmənin lazımsız olduğunu əsaslandırmağa çalışdılar.
Həkim-infeksionist Natiq Əliyev isə "Sherg.az"a açıqlamasında deyib ki, bu, zəruri addım idi:
"Vətəndaşlar düşünməlidirlər ki, verilən hər bir qərar onların sağlamlıqlarının qorunması naminədir. Karantin rejimi yumşaldılandan sonra ehtiyac olmadığı halda evdən çıxmamaq, sosial izolyasiya qaydalarına əməl etmək barədə əhaliyə dəfələrlə xəbərdarlıq olundu. Həm rəsmi qurumlar, həm də həkimlər bu işdə fəal iştirak etdilər. Amma camaat buna biganə yanaşdı. Bu gün yaşananlar da həmin laqeydliyin nəticəsidir.
N.Əliyəv, həmçinin həkimlərin fəaliyyətindən də danışdı:
"Məsuliyyətsiz insanlar karantin qaydalarının yenidən sərtləşdirilməsindən başqa çıxış yolu qoymadılar. Əlbəttə, çoxu işləyə bilmir. Çətinliyi başa düşürəm. Amma insanlar da anlamalıdırlar ki, bütün qərarlar onların sağlamlığı üçündür. Təbii ki, həkimlərin də işi asan deyil. Biz səbr edir, nikbinliyimizi qoruyuruq. Son həftələr ərzində həkimlərimizin fədakarlığı bir daha təsdiqləndi. Buna görə, bir tibb işçisi kimi bütün kolleqalarıma- gizli qəhrəmanlara minnətdarlığımı bildirirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm