Vilyam Hacıyevin mənzili və xidməti otağından nə qədər vəsait aşkarlanıb? - İTTİHAM AKTI
Yusif Nəzərli
09:01 24.05.2022
Cəmiyyət
502
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin mənzili və xidməti otağından götürülmüş pulların məbləği məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə rəqəmlər ittiham aktında yer alıb.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs V.Hacıyevə məxsus mənzilə və xidməti otağa baxış zamanı aşkar olunaraq götürülən 23.06.2021-ci il tarixinə olan Mərkəzi Bankın məzənnəsinə əsasən, 6 298 834 manat ekvivalentində 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi, 1 970 BƏƏ dirhəmi, 19 350 Rusiya rublu şəklində xarici valyutalar və 55 550 manat olmaqla cəmi 6 354 384 manat məbləğində nağd pul vəsaiti dövlət bankına təhvil verilməsi məqsədilə istintaq orqanına təqdim olunub.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Hazırda onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm