Vüqar Oruca YAP -ın vəsiqəsi təqdim edilib

“Milli Qurtuluş Partiyasının (MQP) sabiq sədri Vüqar Oruc "Sherg.az"a mürcaiət edib. Onun  müraciəti "Sherg.az"ın yap.org.az saytına istinadən verdiyi “Milli Qurtuluş Partiyasının (MQP) sabiq sədri Vüqar Bəyturana YAP üzvlük vəsiqəsi təqdim olunub” başlıqlı yazı ilə bağlıdır. Sabiq sədr qeyd edir:
 "Həmin məlumata bu gün mənim- Vüqar Orucun müraciəti əsasında sözügedən saytda düzəliş edilib. Sözügedən düzəlişdə Milli Qurtuluş Partiyasının (MQP) sabiq sədri Vüqar Oruca  YAP üzvlük vəsiqəsi təqdim olunub" qeyd olunub.  Yəni Vüqar Bəyturan, Vüqar Orucla əvəzlənib. Xahiş edirik  ki, həmin düzəlişləri siz də öz saytınızda nəzərə alasınız. Çünki  Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Bəyturan yox, Vüqar Orucdur. Digər tərəfdən dünən YAP qərargahında partiyanın vəsiqəsi Vüqar Bəyturana deyil, Vüqar Oruca təqdim edilib. Sözügedən faktın təsdiqi üçün vəsiqənin surətini müraciətə əlavə edirəm. Öncədən təşəkkürümü bildirir və baş vermiş çaşqınlığın aradan qaldırılmasında yardımçı olacağınıza ümid edirəm".