Xalq artistindən gözlənilməz açıqlama:"Bu həkimləri evdən qovun"
Yusif Sultanoğlu
13:23 07.09.2021
Cəmiyyət
534
"Xalam oğlunun xanımı reseptə baxıb, söylədi ki, evdəkiləri KOVİD yox, bu dərmanlar öldürər"
Xalq artisti Brilliant Dadaşova koronaya yoluxub.
“Sherg.az” xəbər verir ki, bu barədə sənətçi özü İnstaqram səhifəsində video paylaşaraq ailə üzvləri ilə birgə koronaya yoluxduğunu söyləyib:
“Çox şükür ki, sağaldıq. Danışmağa halım belə yox idi. Yaxşı ki, biz vaksin olunmuşduq, yüngül keçirdik. Dedilər ki, korona xəstələni sağaldan bir həkim var. Onu çağırdıq, 3 vərəq resept yazdı. Söylədi ki, sizi xəstəxanaya aparmaq lazımdır, “kislorod” qoyulmalıdır. Soruşdum ki, axı boğulmuruq, öskürmürük. Qayıtdı ki, bir neçə gün sonra boğulma ola bilər. Dedim, mən xəstəxananın əleyhinəyəm. İnsan öz əzizlərinə özü baxmalıdır. Resept üçün 500 manat verdim, bütün dərmanları aldılar. Baxdım ki, damardan vurulması üçün antibotik yazıb. Dedim, buna insan necə dözər? O da dedi ki, nə fərqi var? Çaşdım qaldım, birinci dəfədir belə bir şey eşidirdim. Onda anladım ki, burada nəsə bir iş var. Sonra söylədi ki, sizi filankəsin xəstəxanasına göndərək. O da hamımızın tanıdığı mötəbər insandır.
Söylədim ki, kimin xəstəxanası olmasının nə önəmi var ki, o özü müalicə edir? Dedi, yox, o, həkim deyil. Bilirsiniz ki, qohumlarımızın yarısı musiqiçidir, yarısı da həkim. Zəng etdim, bir həkim qohumumuza vəziyyəti danışdım. Xalam oğlunun xanımı dedi ki, tez reseptləri göndər, baxdı, təəccübləndi ki, bu nə dərmanlardır?
Söylədi ki, evdəkiləri KOVİD yox, bu dərmanlar öldürər. Sadəcə bir neçə dərman tapşırdı, dedi, 14 gün gözləyin, dözün, təlaşlanmayın. Ailə üzvlərimə qulluq edəndə xəstələndim. Mən də tövsiyə edirəm ki, təlaşlanmayın, dərhal xəstəxanaya qaçmayın. Əlbəttə, saturasiya çox düşübsə, onda xəstəxanaya gedə bilərsiniz. Çox ağır olmadığı müddətdə evdə müalicə olunun. Vərəq-vərəq dərman yazanları yaxın buraxmayın.
Bir neçə yaxşı dərman var, onları qəbul edin. Mən idman edən insanam, siqaret çəkməmişəm, spirtli içki içməmişəm. İdman edəndə belə tərləmirəm, amma KOVİD-də bədənimdən su axırdı.
On ikinci gün gördüm ürəyim ağzımdadır, tez-tez döyünür. Təzyiqimi ölçdüm, normal deyildi. Dedim, artıq ölürəm. Tez qohumumuza zəng etdim. Yenə bir dərman tapşırdı, söylədi ki, onun dörddə birini iç. Həmin dərmanı həyat yoldaşım gecə 3-də tapıb, aldı, içəndən sonra düzəldim.
Şükür Allaha indi sağalmışam. Buradan səslənirəm, sizə 3 vərəq dərman yazan həkimləri evdən qovun. Savadsız, apteklərə xeyir vermək istəyən həkimlərdən uzaq olun. Onsuz da qripdəki kimidir, dövrü var, bitir. Özünüzü qorxutmayın, çoxlu yatın. Zoğalın özünü əzib çayınıza atın. Bu xəstəlik insanı depressiyaya salır, heç nə istəmirsən”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət