Xameneinin bacısı: "Qardaşım İran xalqının səsinə qulaq asmır"
Yusif Nəzərli
09:26 07.12.2022
Cəmiyyət
795
“Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir”.
“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı, hazırda həbsdə olan Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei müraciətində bildirib.
Onun sözlərinə görə, Xamenei günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin yolunu davam etdirir.
B.Hüseyni İranın ali rəhbəri ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdığını da vurğulayıb.
O, İslam Respublikası tərəfindən müxtəlif vaxtlarda yeniyetmə və gənclərin öldürülməsi, etirazçıların həbsinə toxunaraq yazıb: “Uşaq itkisi və övladdan ayrılıq hər bir ana üçün böyük kədərdir. Son dörd onillikdə bir çox analar yaxınlarını itiriblər”.
B.Hüseyni Xomeyninin və Xameneinin dövründə İslam Respublikası rejiminin törətdiyi cinayətlər nəticəsində günahsız ölən insanların analarına başsağlığı da verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm