Cey Di Vens İranı danışıqlara qayıtmağa çağırıb – KİV

ABŞ-ın vitse-prezidenti Cey Di Vens prezident Donald Trampın tapşırığı ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məxfi məktub göndərib. Məqsəd sülh danışıqlarını bərpa etmək və İrana qarşı yeni hərbi əməliyyatın qarşısını almaq olub.

Sherg.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, məktubda konkret sülh təklifləri yer almayıb. Tərəflər arasında əsas müzakirə mövzusu danışıqların bərpası üçün şərtlərin müəyyənləşdirilməsi olub.

Məlumat ABŞ prezidenti Donald Trampın aralıq seçkilərdən sonra İrana yeni zərbələr endirilməsini istisna etməməsindən sonra yayılıb.