
Xankəndini nəzarətə götürməyin vaxtı çatıb-RƏY
Yusif Nəzərli
14:30 21.08.2023
Cəmiyyət
800
Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Xatırladaq ki, avqustun 21-i saat 9:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarından sonra daha da azğınlaşdığını deyən ehtiyatda olan polkovnik, Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov "Sherg.az"a bildirib ki, Paşinyan hakimiyyətinə qarşı erməni ictimaiyyətində mənfi rəy formalaşıb və bunu aradan qaldırmaq üçün təxribatlara şərait yaradılır:
"Ümumiyyətlə Ermənistanda rus meyilli qüvvələr, xüsusən də "5-ci kolon"un nümayəndələri üstünlük təşkil edir. Eyni zamanda Ermənistan ordusunda Paşinyanın yox, birbaşa Rusiya və köhnə Qarabağ klanın əmrlərini yerinə yetirən qruplar mövcuddur. Buna görə də son günlərdə atəşkəs rejimi pozulur. Hətta səngərlər qazılır və mühəndis-istehkam işləri aparılır. Təxribatların qarşısı isə ordumuz tərəfindən qətiyyətlə alınır. Digər tərəfdən düşünürəm ki, bu təxribatlar Azərbaycanı lokal toqquşmalara yönəltməyə hesablanıb. Əgər proseslər belə davam edərsə lokal toqquşmalar mütləq olacaq. Ermənistanın arzusu isə bununla dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltməkdir. Bu da mümkün deyil. Çünki Azərbaycan ordusu öz sərhədlərini qoruyur".

R.Məhərrəmov əlavə edib ki, rus kontingenti atəşkəsin pozulmasının qarşısını almaqda rol oynamalıdır:
"Lakin biz bunu görmürük. Hətta 10 noyabr sazişdən bu yana dəfələrlə rus sülhməramlılarının separatçılara dəstəyinin şahidi olmuşuq. Ümumiyyətlə Ermənistanın və separatçıların gücü artıq tükənib. Buna görə də Azərbaycanla olan dövlət sərhədində atəşkəsi pozurlar. Belə olduğu halda isə Azərbaycan ordusu cavab tədbirləri görməyə məcbur qalır. Əgər belə davam edərsə Azərbaycan tərəfi adekvat cavab verəcək və legitim hədəfləri vuracaq. Hətta ermənilərin yaşadığı ərazilərdə bufer zonası belə yaradıla bilər. Çünki delimitasiya və demarkasiyası aparılmadığı üçün ordumuz istədiyi qədər irəlliyərək öz mövqelərini bərkidə bilər. Digər tərəfdən separatçıların arasında da artıq ciddi qarışıqlıq var. Ona görə də düşünürəm ki, artıq Azərbaycan ordusunun Xankəndi və başqa ərazilərimizi nəzarətə götürməyinin vaxtı çatıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya