Xəzərin çirkləndirilməsinə sərt təpki: “Nə qədər ki, məmurlar qanundan yuxarıda...”
Banuçiçək Kalbalıyeva
09:17 20.03.2020
Cəmiyyət
801
“Nədənsə irəli sürülən təşəbbüslər nəticəsiz qalır. Çünki məmurlar sadəcə kampaniya yaradaraq, görüntü xətrinə iş görürlər. Reallıq isə başqadır”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran, Astara və Masallı rayonlarının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirib.
Nazirlikdən verilən məlumata görə, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova monitorinqlə bağlı bunları deyib: “Xəzərə axıdılan tullantı sularda çirkləndirici maddələrin miqdarı normadan artıq olub. Aparılan monitorinq zamanı məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları təmizləmə prosesi keçmədən sahil zolağına, oradan da dənizə axıdılır. Eyni zamanda, bir çox bələdiyyə ərazilərində formalaşan bərk məişət tullantılarının da təbii axarlara atıldığı aşkar edilib”.
Monitorinqin nəticəsi ekologiyamızın təhlükə altında olduğu barədə aydın qənaət formalaşdırır.
Vəziyyəti dəyərləndirən AVCİYA Seçki Qərərgahının sədri, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı “Sherg.az”a söyləyib ki, Xəzərin çirkləndirilməsi həllini gözləyən əsas problemlər sırasındadır:
“Bu məsələ hələ Sovet vaxtından aktualdır. Ancaq nədənsə irəli sürülən təşəbbüslər nəticəsiz qalır. Çünki məmurlar sadəcə kampaniya yaradaraq, görüntü xətrinə iş görürlər. Reallıq isə başqadır. Bir də ki, məncə, dənizi Lənkəran, Masallıdan daha çox Bakı, Sumqayıt kimi sənayə şəhərləri çirkləndirir”.
M. Zülfüqarlı düşünür ki, problemin həllsiz qalmasının əsas təqsirkarı bəzi məmurlardır:
“Xəzər bizim milli sərvətimizdir. Hamımız onu qorumalıyıq. Əfsuslar olsun ki, bəziləri buna imkan vermir. Təbiətə ziyan vermək Azərbaycan Respublikasının Konstitutsiyası ilə, qanunla tənzimlənir. Amma nə qədər ki, məmurlar qanundan yuxarıda dayanırlar, məsələ həllini tapmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm