Yanaşma düz deyil:“5 qəpiyə görə heç kəs cibində torba daşımaz”
Yusif Nəzərli
13:48 14.02.2023
Cəmiyyət
411
“İstehlakçıları parça torbalardan istifadəyə öyrəşdirmək, izahedici video çarxlar hazırlamaq lazım idi”
Sabahdan etibarən marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunub ki, ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcəkdir”.
Qeyd edək ki, İrlandiya, Niderland, Çexiya kimi ölkələrdə polietilen paketlər pulla satılır. Məsələn, Niderlandda belə torbaların qiyməti 0.25 avrosentdir (40 qəpik). Britaniyada torbaların qiyməti 5 pens (10 qəpik) olandan üç il sonra onlardan istifadə iki dəfə azalıb.
İqtisadçı -ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, ekoloji tarazlığı qorumaq üçün bir çox ölkədə bu cür təşəbbüslər həyata keçirilir. Amma onlarda marketlərdə alternativ olaraq parçadan torbalar, çantalar təklif olunur, təşviq olunur, alıcılar maarifləndirilir və bu öz nəticəsini verir:
“Azərbaycanda isə bu, yoxdur. Belə kompleks tədbirlər görülmədən ancaq torbaları pullu etməklə məqsədə nail olmaq mümkün olmayacaq”.
Sellofan torbaların qiymətinin dövlət tərəfindən təyin olunma mexanizmi olmadığını vurğulayan ekspert marketlərdə bu torbaların 5-10 qəpik civarında satılacağını qeyd edib. N.Cəfərli hesab edir ki, məbləğ bir o qədər böyük olmadığı üçün bu yolla insanların polietlen torbalardan istifadəsini azaltmaq real görünmür. 5 qəpiyə görə heç kəs marketə cibində torbayla gəlməyəcək. Təşviq addımları atılmalıdır ki, insanların buna münasibəti dəyişsin:
“Amma sözügedən qərarla bağlı niyyət bəllidir. Uzun müddətdir, dünyada ekologiya ilə bağlı polietilen torbalardan imtina edilir. Qonşu ölkələrdə bəzi hallarda polietilen torbalar qadağan edilib, bəzi hallarda isə pul ilə satılır. Yəni polietilen torbaları pul ilə satmaqda məqsəd qazanc əldə etmək deyil.
Pulla satılan zaman bu torbalara tələbatın azalacağına ümid edilir. Ancaq burada zamana ehtiyac var ki, insanların davranış qaydası dəyişsin.
Ona görə də Azərbaycan bu torpaların ödənişli satışına keçməzdən əvvəl bu istiqamətdə təşviq addımları atılmalı, maarifləndirmə işləri aparılmalı idi. 10 illərlə insalarda formalaşmış bir ənənəni bir günün içində dəyişdirmək mümkün deyil”.
İqtisadçı deyib ki, istehlakçıları parça torbalardan istifadəyə öyrəşdirmək, izahedici video çarxlar hazırlamaq lazım idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol