“Yeri gələndə alaq otları da faydalı olur” - Professor hər şeyə “mız” qoyanlardan danışdı
Banuçiçək Kalbalıyeva
13:49 16.06.2020
Cəmiyyət
931
“Sadəcə, ilk baxışda bizə zərərli görünən varlıqlardan da ümumi işin xeyirinə bəhrələnməyi bacarmaq lazımdır”
“Çox maraqlıdır: hərə öz sahəsinə aid status yazır. Məsələn, mən orfoqrafiyadan bəhs edirəm, başqa biri ədəbi görüşlərini yayır, o biri milli musiqini təbliğ edir və s. Bir çoxbilmiş də ortadan çıxır ki, indi bunun vaxtıdırmı? O qədər problemimiz var ki: Qarabağ, sosial vəziyyət, koronavirus...
Ay əzizim, mən diplomat deyiləm ki, Qarabağ danışıqlarında iştirak edəm, hərbçi deyiləm, gedib vuruşam, nazir deyiləm ki, sosial problemləri həll edəm, həkim də deyiləm virusa qarşı vaksin düzəldəm. Hərə öz sahəsində öz işini vicdanla görsə, bütün problemlər asanlıqla həllini tapar.
Hər kəsə öz işində uğurlar arzulayıram!”
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli özünün “Facebook” hesabında yazıb.
Onun bu sözləri müzakirələrə səbəb olub. Bir çoxları professoru dəstələdiklərini bildiriblər. Məsələn Nazir Əhmədli adlı istifadəçi yazıb:
“Nəsir müəllim, tamamilə haqlısınız, heç kimə əhəmiyyət vermədən işinizi davam etdirin. Bizim bəlalarımızın səbəblərindən biri də odur ki, heç kim bilavasitə görməli olduğu işi görmək əvəzinə siyasətlə, diplomatiya ilə, münəccimliklə, tarixçiliklə, ümumiyyətlə hər işlə məşğul olur. Halbuki, hər kəs öz vəzifə borcunu yerinə yetirsə, cəmiyyət çox inkişaf edərdi”.
“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd öz mövqeyini belə ifadə edib: “Hocam, Siz yazın, bizə çox böyük faydası var. Orfoqrafiyaya dair bütün statuslarınızı oxuyuram və əxz edirəm. Uğurlar!”
İlham Əhmədov da əhalini daha diqqətli olmağa çağırıb: “Hərə öz işini vicdanla icra etsəydi buralar çoxdan cənnət olardı. Elə adamları nazir təyin edirlər ki, bu sahəyə heç bir aidiyyatı olmayan ortastatıstık vətəndaş bu nazirlərdən daha səriştəli olar. Bu nazirlərin talançılıq etmək və Londonda əmlak almaqdan savayı bacardığı iş yoxdur deyəsən. Bu səbəbdən problemlər hələ də həllini gözləyir. Camaat da yəqin problemlərin həllini sosial şəbəkələrdə axtarır”
Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin müəllimi Mübariz Əhmədov da Nəsir Əhmədliyə dəstək olub:
“Əziz, Nəsir müəllim, Qarabağla maraqlananlara deyin ki, "gedin, hərdən o yazıq müstəqil jurnalist Mübariz Azərbaycanlı yazanları oxuyun". İnanın ki, Qarabağla bağlı yazdığım yazılara (saytlarda 2-3 min arası baxış olsa da) facebookda 2484 dostdan heç 50 adam baxmır. Bu, o deməkdir ki, elələri yalan danışır...Sizin "Nitq mədəniyyəti"niz xalqımızın əsl mədəniyyət nümunəsidir. Odur ki, elələrinə fikir vermədən öz işinizə davam edin, biz də sayənizdə bilmədiklərimizi öyrənək!”..
Bu barədə “Sherg.az”a danışan professor bildirib ki, bunları normal qarşılamaq lazımdır:
“Heç kimə qarşı mübarizə aparmaq lazım deyil. Həyatda canlı və cansız hər şeyin öz missiyası var. Yeri gələndə hətta alaq otları da faydalı olur. Sadəcə, ilk baxışda bizə zərərli görünən varlıqlardan da ümumi işin xeyirinə bəhrələnməyi bacarmaq lazımdır. "Hər şeyə mız qoyan" belə adamlar olmasaydı, bugün mənim yazdığım status və orada bildirilən dəyərli rəylər də olmazdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət