
“Yol-nəqliyyat hadisələrində “Bakubus”lar hamını ötüb keçib”
Yusif Nəzərli
13:17 26.10.2022
Cəmiyyət
523
Dünən Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, 164 nömrəli müntəzəm xətt üzrə hərəkətdə olan sərnişin avtobusu ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Son zamalarda isə ümümiyyətlə qəza şəraiti yaradan və sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücülərinin sayı çoxalıb.
Bəs bunun səbəbi nədir və qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bunun qarşısını almaq üçün avtobus sürücüləri ilə bağlı zaman-zaman profilaktik tədbirlər həyata keçirilməli, onların psixoloji durumu və sürücülük vərdişləri yoxlanılmalıdır:
“Bakı Nəqliyyat Agentliyi yarandığı ilk illərdə təlimlər keçirsə də, artıq bu təlimlərə yer verilmir. Yalnız “Bakubus”larda və bir neçə özəl şirkətdə bu tədbirlər həyata keçirilir. Son vaxtlar isə yol hərəkəti qaydalarının pozulmasında və nəqliyyat hadisələrində “Bakubus”ların sürücülərinin hamını ötüb keçdiyini görürük. Ona görə də bu məsələ ilə bağlı nəzarət tədbirləri ciddi şəkildə gücləndirilməli və yollarda qayda pozan avtobus sürücüləri cəzalandırılmalıdır. Nəzarət tədbirləri isə ya kameralar vasitəsilə, ya da monitorinqlər şəkilində həyata keçirilə bilər. Yəni belə halların qarşısını almaq üçün ciddi nəzarət mexanizminə ehtiyac var. Çünki biz görürük ki, ilk illərdə keçirilən təlimlər effektlər verdi. Sonrakı fasilə isə artıq sürücüləri qayda pozmağa və kobud davranmağa sövq edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə