Yüksək döyüş hazırlığı ilə seçilən ŞƏHİD ƏSGƏRİMİZ- Cavid Hüseynov ( Fotolar) +video
Banuçiçək Kalbalıyeva
08:09 11.11.2020
Cəmiyyət
2870
Bir aydan çox çəkən İkinci Qarabağ müharibəsi, növbəti haqq savaşımız qələbə ilə başa çatdı. Düşməndən otuz ilin heyfini çıxdıq. Amma, əlbəttə, igid, mərd, qorxmaz və hərbi işin sirlərinə kifayət qədər yiyələnmiş əsgər, zabitlərimiz sayəsində. Onlardan biri də şəhid əsgər Hüseynov Cavid Habil oğludur. Cavid 1994-cü il aprelin birində Cəlilabad rayonunda anadan olub. 2012-ci ildə hərbi xidmətə çağırılıb. O, tuşlayıcı operator vəzifəsində xidmət edib. Əsgər Hüseynov hərbi hissədəki ilk gündən etibarən özünün nizam-intizamı, bacarığı ilə fərqlənib. Verilən əmr və tapşırıqları vaxtında, dəqiq yerinə yetirib, hər an döyüşə hazır olub.
O, nümunəvi xidməti, yüksək döyüş hazırlığına görə şəxsi heyətin, o cümlədən komandirlərinin hörmətini qazanıb. Azərbaycan əsgəri kimi hər an vətənin keşiyində durmağa hazır olub. Şəhidimiz heç vaxt səhvlərlə barışmaz, əksinə, prinsipiallığı ilə seçilərdi.
Məhz bu xüsusiyyəti səbəbindən komandanlıq ona dəfələlərlə təşəkkür edib. Əsgər haqqında yazılan xidməti xasiyyətnamədə onun Azərbaycan Respublikasının Qanunlarına sadiq olduğu göstərilir.
Hərbi qulluqçu haqqında yazılan növbəti təşəkkürnamələrdən birində hərbi hissə komandiri Elçin Hacıyev belə oğul yetişdirdiklərinə görə, onun valideynlərinə təşəkkür edir:
“Nəzərinizə çatdırırıq ki, oğlunuz Hüseynov Cavid Habil oğlu qısa müddət ərzində özünü nizam-intizamlı, qorxmaz, igid və cəsur Azərbaycan əsgəri kimi aparmışdır. Ona həvalə edilən döyüş texnikasını və silahı mükəmməl öyrənib, azğın düşmənin məhvi üçün imkanlarından məharətlə istifadə etməyə hazırdır...”.
Əsgər, həmçinin ayrı-ayrı vaxtlarda, o cümlədən 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi intizamın möhkəmləndirilməsindəki xidmətlərinə görə Fəxri fərmanla təltif olunub.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya