“Yüz bəhanədənsə, bir çıxış yolu tapılmalıdır”
Banuçiçək Kalbalıyeva
12:21 29.06.2020
Cəmiyyət
886
Koronavirus pandemiyası bir çox sahələr kimi təhsilə də siraət edib. Cari ildə imtahan verənlərin taleyi bir yana, hətta yeddi il sonra birinci sinifə qəbul olunacaq şagirdlərin sayında da kəskin azalmanın olması indidən proqnozlaşdırılır. Bu isə çox ciddi təhlükədir.
“Sherg.az” saytı olaraq məsələyə aydınlıq gətirmək məqsədilə təhsil eksperti Almaz Həsrətin fikirlərini öyrəndik.
O, bildirdi ki, gələcəyə nikbin baxmaq lazımdır:
“İndi içərisində olduğumuz pandemiya bəşəri bir problemdir. Düzdür, çətinliklər təhsilə də siraət edib. Amma heç kim sabah nə olacağını dəqiq deyə bilməz. Biologiyada da belə bir fikir var ki, ən sağlam və ən güclü insanlar yaşamaq uğrundan mübarizədə qalib gəlirlər. Ona görə də ümidi itirmək olmaz. Yüz bəhanədənsə, bir çıxış yolu tapılmalıdır. Yeni metodikalar hazırlanmalıdır”.
Təhsil ekspertinin sözlərinə görə, texniki imkanlar genişlənməlidir: “Ola bilsin, qeydiyyat onlayn qaydada aparılsın. Ona görə rayonlarda yaşayanlar üçün internet problemi həll edilməlidir. Indi texnologiya dövrünün olduğunu nəzərə almaq lazımdır”.
A.Həsrət, həmçinin dedi ki, distant təhsil tədrisin keyfiyyətini aşağı salmayacaq:
“Onsuz da bizdə könüllü distant təhsil var idi. Ola bilsin ki, pandemiya ilə əlaqədər hələ bir müddət belə davam etsin. Amma qüsurları yox, üstünlükləri görməyə çalışmalı və imkanlardan istifadə etməliyik. Onlayn dərslərdə interaktivliyin daha çox olması danılmaz faktdır. Həm də şagirdlərin texnologiyaya, o cümlədən kompüterə mayilli olması heç kimə sirr deyil. Deməli, bundan istifadə etmək, dərslərin maraqlılığını artırmaq, müxtəlif cizgi film, oyun elementlərindən yararlanmaq lazımdır.
Düzdür, sinifdəki dərslərində elə elementlər var ki, o heç cürə onlayn mühitdə təşkil etmək mümkün deyil. Amma yenə deyirəm, distant təhsilin də öz üstünlükləri var və bundan mümkün qədər istifadə etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm