Zəhərlidir! - İnternet üzərindən satılan kremlərin çoxu təhlükəlidir
Yusif Nəzərli
23:30 28.03.2022
Cəmiyyət
709
Bir çoxumuz internet üzərindən alış-verişi üstün hesab edir: vaxta qənaət edir, mağazaları gəzmirik, həm də daha ucuz başa gəlir, düşünürük. Bəs necə olur ki, keyfiyyətli, brend sayılan mallar ənənəvi qiymətlərdən ucuz başa gəlir? Bu barədə deyəsən, heç də hamı düşünmür. Ucuzluğuna aldanıb sifariş etdiyimiz mallar isə adətən keyfiyyətsiz və kustar üsulla istehsal edilənlər olur.
Məsələn, xanımların daha çox maraq göstərdiyi və görən kimi sifariş etdiyi dəriyə qulluq vasitələri. “Milliyet.com” internet üzərindən satışı, az qala havada “uçuşan” dəriyə qulluq vasitəsi kremlərin tərkibində ağır metallar olduğuna dair xəbər verir. “Şərq” “Milliyet.com” a istinadən oxucularına bu xəbərdarlığı çatdırır. Türkiyədə çalışan dermatolologiya üzrə mütəxəssis, doktor Melda Özekinci bildirir ki, 15 ölkədə dəriağardıcı və yaşlanmaya qarşı istifadə olunan 271 fərqli kosmetik vasitə - kremin tərkibi araşdırılıb.
İnternet üzərindən satılan kremlərin çoxunun tərkibində təhlükəli dərəcədə (1 ppm-dən yüksək ) civə olduğu müəyyənləşib. Bunu mütəxəssislər “astronomik” dərəcə adlandırır. Bu cür kremləri Pakistan, Meksika, Çin və Tayvan şirkətləri daha çox satır. Kosmetik vasitələrdə civə miqdarının çoxluğu nələrə yol açır? Dermotoloq qeyd edib ki, civədən dəridəki ləkələrin aradan qaldırılması və guya ki, dərinin gəncləşdirilməsi üçün istifadə edilir. Lakin kosmetik vasitələr alıcıları qısa zamanda təsir altına alsın deyə, civədən lazım olduğundan daha artıq miqdarda istifadə edilir.
Civənin tərkibində zəhərli elementlər çox olduğundan onlar təkcə dəriyə deyil, ümumilikdə orqanizm üçün böyük təhlükədir. Dəriyə sürtülən civə orqanizmin civəni birbaşa daxilə etməsi kimidir. Bu durum xüsusilə böyrəklərə və sinir sisteminə mənfi təsir göstərir.
Uzun müddət istifadə edildikdə əzələ boşalması, yaddaş itkisi, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilər. Dəriylə təmasda civə birbaşa orqanizmə keçir.
Təsiri isə içilən dərmanlardan qat-qat artıq olur. Ona görə də dəriyə qulluq vasitəsi qismində kosmetik vasitələri sifariş etməzdən əvvəl mütəxəssislərə müraciət etmək, kremlərin tərkibini öyrənmək, satış həyata keçirən şirkətlə də maraqlanmaq lazımdır.
Odur ki, kosmetik vasitələr alarkən, ya da sifariş edərkən “adi losyondur, kremdir”, deyib keçmək olmaz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət