Zəngilan hava limanının tikintisində yerli materiallardan istifadə olunub - FOTO
Yusif Nəzərli
13:18 19.10.2022
Cəmiyyət
435
İşğaldan azad edilmiş ərazilərimizdə intensiv reinteqrasiya tədbirləri həyata keçirilir, şəhər və kəndlər yeni görkəmdə bərpa edilir, müasir sosial-iqtisadi infrastruktur layihələri reallaşdırılır. Bütün bunlar isə biznesin genişlənməsinə və inkişafına əlverişli şərait yaradır.
Oxu.Az xəbər verir ki, yerli istehsalçıların cəlb edilməsi ilə iqtisadi dəyərin yaradılması və sənaye sektorlarının inkişafına dəstək göstərilməsi bu sahədə əsas prioritetlərdəndir.
Bu istiqamətdə görülən işlərə nümunə olaraq isə Zəngilan Beynəlxalq Hava Limanının tikintisində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-nin istehsal etdiyi multifunksional (LOWE) şüşə paketlərdən istifadə edilməsini göstərmək olar. Belə ki, “Archi Glass” MMC sifarişçiyə 3800 kvadrat metr həcmində emal olunmuş şüşə paketlərin göndərilməsini təmin edib. Məhsulların hazırlanmasında xammal kimi Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti - “Azerfloat” QSC-nin istehsalı olan 5 millimetrlik şüşə vərəqələrdən də istifadə olunub.
Qeyd edək ki, azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin əlverişli biznes mühitinə əsaslanmaqla canlandırılması, həyata keçirilən layihələrdə yerli şirkətlərin iştirakına önəm verilməsi istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə iqtisadi artıma əlavə stimul yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə