Azərbaycanla Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
14:40 07.05.2024
Siyasət
382
Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə qarşılıqlı işgüzar görüş keçirilib.
APA MN-ə istinadən xəbər verir ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
İşgüzar şəraitdə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, son illər Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlardan və tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.
Hər iki universitetin yaranma tarixi, təhsil sistemi və tədris prosesləri haqqqında brifinqlər təqdim olunduqdan sonra, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf prespektivləri, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra Milli Müdafiə Universitetinin şərəf kitabına ürək sözləri yazılıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə