
Natiq Cəfərlidən ŞOK PROQNOZ: Bu ayda dollara olan tələbat artacaq
11:03 23.05.2024
İqtisadiyyat
676
Mərkəzi bankin növbəti valyuta hərracında 44,9 milyon ABŞ dolları satılıb. Bu barədə AMB-dən məlumat verilib.
Bildirilib ki, bir neçə gün əvvəl Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Bu, daha öncə mayın 14-də keçirilən hərracda olan tələbatla müqayisədə 62,2 milyon ABŞ dollar və ya 2,4 dəfə azdır.
Bir müddət əvvəl ölkəmizdə dollar alışının kəskin artması barədə xəbərlər yayılırdı. İndiki rəqəmlər bunun əksini göstərir.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, ilin əvvəlində dollara tələbatın artması mövsumi idi.
Onun dediyinə görə, müştərilərin tələbatına əsasən dollara tələbat artır:
"Onu da deyim ki, dollar fiziki şəxslərə deyil, daha çox sahibkarlara lazım olur. Şirkətlər hansısa ölkədən mal alanda onlara dollar lazım olur. Vaxtaşırı dollara tələbat artır ya da azalır. hazırda dollara maraq yüksək deyil".
İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, dollara olan tələbatın azalması mövsümi xarakterlidir:

“İlin əvvəlində ajiotaj oldu və büdcənin açılmasından sonra böyük layihələr icrasına başlanıldı. bu səbəblə də dollara tələbat kəskin şəkildə artdı. İndi isə elə bil dövrdəyik ki, dollara olan tələbat obyektiv olaraq azalır. Ancaq bu müvəqqətidir. Çünki iyundan yay tətili başlayanda dollara olan tələbat artacaq. Ancaq tələbatın artması və yaxudda azalması məzənnəyə birbaşa təsir göstərmir. Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Tələb və təklif qaydalarından kənardır. Mərkəzi Bankın və hökumətin inzibati tənzimləmə mexanizmi var. Ona görədə məzənnə ilə bağlı bu il hansısa dəyişikliklərin olması gözlənilmir. Ancaq bu o demək deyil ki, dolar daim sabit qalacaq. Ola bilər ki, 2025-ci ilin sonu 2026-cı ilin əvvəli artıq məzənnədə dəyişiklikləri görə bilərik. Həmçinin Mərkəzi bank və hökumət manatın biraz ucuzlaşdırılmasına qərar verə bilər.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm