Saymon Stil: Bakıda iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə gecə-gündüz işləyirlər
Yusif Nəzərli
07:26 16.11.2024
COP29
493
“Burada, Bakıda müzakirəçilər iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə yeni hədəf üzərində gecə-gündüz işləyirlər. Gediləsi uzun bir yol var, lakin hamı öz payına düşənin fərqindədir”.
APA xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin Rio-de-Janeyroda keçiriləcək G20 sammiti ərəfəsində yayımladığı mesajında qeyd olunub.
O, G20 liderlərini iqlim dəyişikliyi ilə mübarizədə daha fəal rol oynamağa çağırıb:
“G20 liderləri Rio-de-Janeyroya yollanarkən, dünya baxır və iqlimlə mübarizənin dünyanın ən böyük iqtisadiyyatları üçün ən vacib məsələ olduğuna dair güclü siqnallar gözləyir. G20 heç bir ölkənin və ya bir qrup ölkənin təkbaşına həll edə bilməyəcəyi problemləri həll etmək üçün təsis edilib. Bu mənada, qlobal iqlim böhranı gələn həftə Rioda bir nömrəli məsələ olmalıdır”.
Saymon Stil qlobal iqlim dəyişikliyinin fəsadlarının artıq G20 ölkələrində də hiss edilməyə başladığını, tədarük zəncirlərini zədələdiyini, ərzaq qiymətlərində və inflyasiyada artıma səbəb olduğunu vurğulayıb.
“Emissiyaların sürətlə azaldılması olmadan heç bir G20 iqtisadiyyatı iqlim dəyişikliyindən qaynaqlanan iqtisadi qırğından qurtulmayacaq”, - icraçı katib deyib.
Saymon Stil bu istiqamətdə yaxşı xəbərlərin də olduğunu, bu il dünyada yaşıl enerji və infrastrukturuna 2 trilyon dollar ayrılacağını əlavə edib.
O, gələn həftə baş tutacaq G20 sammitindən son dərəcə aydın qlobal siqnallar göndərilməli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol