Sosioloq: Bina və balkonlarda təhlükəsizlik tədbirləri azyaşlıların həyatını xilas edə bilər
Yusif Nəzərli
07:30 30.09.2025
Sosial
427
Uşaq nəzarətsiz buraxılmamalıdır
Elçin Bayramlı: “Valideynlər uşaq böyütməyi öyrənmədən dünyaya övlad gətirməməlidir”
Valideyn nəzarəti uşaqların təhlükəsizliyi və sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyır. Hər yaş qrupunda uşaqların fiziki və psixoloji ehtiyaclarını düzgün təmin etmək, onların təhlükəli vəziyyətlərdən qorunmasını təmin etmək valideynlərin əsas məsuliyyətlərindən biridir. Təəssüf ki, son günlərdə baş verən hadisələr göstərir ki, valideyn nəzarətinin zəif olması bəzən ağır nəticələrə gətirib çıxara bilər. Salyanda 1 yaşlı uşağın valideyn nəzarətindən yayınaraq evin ikinci mərtəbəsindən yıxılması və nəticədə həyatını itirməsi bu məsuliyyətin nə qədər vacib olduğunu bir daha vurğulayır.
Qeyd edək ki, Salyanda 3 gün əvvəl hündürlükdən yıxılan 1 yaşlı uşaq xəstəxanada ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 26-da Salyan rayonunun Varlı kəndində valideyn nəzarətindən yayınan 1 yaşlı H.Z fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Azyaşlının dünən günorta saatlarında reanimasiyada öldüyü bildirilib.
Mütəxəssislərin fikrincə, belə hadisələr valideynlərin diqqətini artırmağa və uşaqların təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görməyə çağırır.
Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı da Sherg.az-a açıqlamasında son vaxtlar azyaşlı uşaqların ölüm hallarına tez-tez rast gəlindiyini bildirib. Bu halları valideynlərin diqqətsizliyi ilə əlaqələndirən sosioloq hesab edir ki, bir çox şərtlər var ki, evdə təmin olunmalıdır:
"Xüsusilə bina evlərində pəncərələrin qarşısına komot, stol və yaxud digər mebel əşyaları qoymaq olmaz. Pəncərələrə xüsusi qurğu düzəldilməlidir ki, uşaq aça bilməsin. Müəyyən balkonlarda “reşotka” olmalıdır. Bunlar məsələnin bir tərəfidir. İkinci tərəfi isə valideyn diqqətsizliyidir. Axır vaxtlar əksər, xüsusilə də evdar qadınlar daha çox televiziya qarşısında, əllərində smartfon internetdə vaxt keçirirlər və uşağı nəzarətsiz qoyurlar. Belə olduqda da uşaq gözdən yayınır və hər hansı bir faciə baş verir. Valideyn olmaq elə də asan bir şey deyil. Müəyyən bir yaşa qədər, ən azı 5-6 yaşa qədər saniyə-saniyə uşaq nəzarətdə olmalıdır. Evdə birinin işi varsa, digəri uşağa nəzarət etməlidir. Azyaşlı uşaqları diqqətdən yayındırmaq olmaz. Bu, xüsusilə bina evlərinə birmənalı şəkildə aiddir. Son vaxtlar görürük ki, valideyn yolda uşağa nəzarət etmir, başı telefona qarışıb, uşaq da qaçıb yolun ortasına çıxır və yaxud səkidən yıxılır. Eyni şeylər evdə də olur.
Valideynlərin məsuliyyət məsələsi bizdə qanunla tənzimlənmir. Amma bir çox ölkələrdə bu kimi hallar baş verdikdə valideyn sərt cəzalandırılır. Bizdə istər həyətdə, istər evdə, istər şəhərdə, küçədə gəzərkən “əşi, heç nə olmaz” prinsipi ilə uşağı tamamilə buraxırlar. Azyaşlı uşaqların binadan yıxılaraq ölməsi halları tez-tez yaşanır. Heç bir valideyn istəməz ki, belə bir hal yaşansın. Amma ev sakinlərindən ən azı biri uşağı diqqətdə saxlasaydı, nəzarət etsəydi, bu, ola bilməzdi. Bu məsələ ilə bağlı sosial roliklər hazırlanmalıdır ki, körpə uşaq olan evlərdə avadanlıqlar və əşyalar necə qurulmalıdır. Ağıla gəlməyən o qədər şərtlər var ki, valideyn bunu bilməyə borcludur. Bilmirsə, zəhmət olmasa dünyaya uşaq gətirməsin. Əvvəlcə bunları bilib, hazır olmalıdır, sonra dünyaya uşaq gətirməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə