ABŞ senatoru Gürcüstana səfər etdi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Gürcüstana səfər edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyindən bildirilib.

S.Deynsin Gürcüstanın hökumət və siyasi partiyalarının nümayəndələri ilə görüşləri planlaşdırıb.

Qeyd edək ki, senator ötən gün Azərbaycanda səfərdə olub. O, Bakıda bir sıra görüşlər keçirib.

Xatırladaq ki, Tbilisi-Vaşinqton münasibətlərində böhran ötən ilin noyabrından hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.