Analitik: Rusiya-Fransa qarşıdurmasının yan təsirləri Cənubi Qafqazda da özünü göstərir
13:24 10.04.2025
Cənubi Qafqaz
352
Fransa və Rusiya arasındakı ziddiyyətlərin Azərbaycana münasibətdə də müəyyən əks-sədası hiss olunur
Təbii ki, bu hal Fransa hakimiyyətinin onsuz da gərginləşdirdiyi ikitərəfli münasibətlərimizi daha da ağırlaşdırır.
Bunu Kreml sözçüsü Dmitri Peskov aprelin 6-da Parisin Şarl de Qol hava limanında baş vermiş hadisəni şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa hakimiyyəti uzun müddət saxlanılan şəxsin yanına konsulluq xidmətinin əməkdaşlarını buraxmayıb. Bu isə beynəlxalq öhdəliklərin birbaşa pozulmasıdır.
Qeyd edək ki, daha öncə də Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Paris hava limanında saxlanması ilə bağlı Fransa səfiri XİN-ə çağırılıb.
Siyasi şərhçi Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, Fransa və Rusiya arasında münasibətlərin gərginləşməsinin başlıca səbəbi Afrika cəbhəsində baş verən proseslərdir:
"Son illərdə Fransanın təsir dairəsindən çıxan bir sıra Afrika ölkələrinə Rusiya və Çin birlikdə daxil olaraq hərbi mövcudluq yaratmağa başlayıblar. Bu isə bölgədə geosiyasi mübarizəni daha da qızışdırır. Xüsusilə Rusiya hərbi bazalar qurmaqla həmin ölkələrdə təsirini gücləndirir və proses getdikcə daha geniş miqyas alır. Bu qarşıdurmanın yan təsirləri təkcə Afrikada deyil, Cənubi Qafqaz regionunda da özünü göstərir. Fransa və Rusiya arasındakı ziddiyyətlərin Azərbaycana münasibətdə də müəyyən əks-sədası hiss olunur".
Şərhçi əlavə edib ki, Avropanın taleyi onun mərkəzçilik prizmasından baxanda sual altında qalması məsələsi Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb:
"Avropanın birliyinin və mərkəzçi yanaşmasının sual altına düşməsi bu iki dövlət arasında rəqabəti daha da artırdı. Bütün bu gərginlik fonunda situativ olaraq casus qalmaqalları, müəyyən diplomatik əməkdaşların saxlanılması və ya ölkədən çıxarılması kimi hallar da bu qarşıdurmanın nəticəsi kimi ortaya çıxır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Survivor 2026”nın final tarixi açıqlanıb
20:42 15.05.2026
Şou
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm