
Analitik: Rusiya Paşinyanı devirməkdə maraqlıdır
Yusif Nəzərli
04:29 07.05.2025
Cənubi Qafqaz
413
Baş naziri və komandasını yaxın aylarda gərgin mübarizə gözləyir
“Mübarizənin pik nöqtəsi də parlamentdə keçirilən seçkilər olacaq"
Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdəki çıxışı zamanı daha bir anti-Rusiya bəyanatı səsləndirib. O, Moskvanın ölkəsinə qarşı gizli müharibə apardığını, vaxtaşırı bu istiqamətdə xaricdən maliyyələrin aktivləşdirildiyini deyib. Tədbirdə iştirakçılar arasında erməni soyadlı rusiyalı ekspertlər də olub. “Hraparak” qəzeti yazıb ki, Simonyan sözügedən bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra verib: “Maraqlıdır, Kopırkin Simonyana nə çatdırıb ki, onun son vaxtlar yumşaltdığı anti-Rusiya ritorikası sərtləşib. Görüşlə bağlı cüzi rəsmi məlumat var. Amma həmsöhbətlərin müzakirələrində ikitərəfli, eləcə də parlamentlərarası əlaqələrlə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Rusiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana gözlənilən rəsmi səfəri də gündəmdə olub”. Xatırladaq ki, Matviyenkonun səfəri ötən ilin sonunda gözlənilsə də, naməlum səbəblərdən təxirə salınmışdı. Son məlumatlara görə, o, iyunda Ermənistana gələcək.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, Rusiya səfirinin Ermənistan parlamentinin sədri ilə görüşdə nələri müzakirə etməsinin təfərrüatları məlum deyil. Ekspertin sözlərinə görə, bir şey məlumdur ki, Rusiyanın diplomatları bəzən görüşlər zamanı qarşı tərəfi açıq dillə hədələmək taktikasından istifadə etməyə çalışırlar:

"1993-cü ilin aprelində Kəlbəcər işğal ediləndən sonra Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşdə də rusiyalı diplomatlar xəbərdarlıq edirdilər ki, Kəlbəcərin işğalından sonra elə hadisələr baş verə bilər ki, AXC-Müsavat hakimiyyəti özünü qoruya bilməsin. Görünür, Sergey Kopırgin də eyni üsuldan edib və Rusiyanın Ermənistana qarşı edə biləcəklərini Simonyana xatırladıb. Ermənistanın Rusiyadan iqtisadi asılılığı parlament rəhbərinin diqqətinə çatdırılıb. Digər tərəfdən Rusiyanın seçkilərə müdaxilə imkanlarını xatırladıb. Ola bilsin, Alen Simonyan xəbərdarlıq görüşündən sonra Rusiyanın hibrid müharibə apardığını, daxildə revanşist qruplara yardım göstərdiyini söyləmək məcburiyyətində qalıb. Mitinqlərin təşkilində, Paşinyan hakimiyyətinin zorakılıqla devrilməsində Rusiyanın maraqlı olması barədə danışıb ki, bu da heç kimə sirr deyil".
A.Səmədov qeyd edib ki, Rusiya Paşinyan hakimiyyətinin dəyişməsində maraqlıdır:
"Kreml çox istəyərdi ki, Köçəryan kimilərini yenidən hakimiyyətə gətirsin. Ancaq Köçəryanın Ermənistana heç bir nüfuzu yoxdur. 2026-cı ildə hakimiyyətin dəyişməsi üçün Rusiya əlindən gələni edəcək. Rusiyalı diplomatlar da bunu gizlətmir və hər fürsətdə açıq dilə gətirirlər. Ermənistan hakimiyyəti də bunu bildiyini və mübarizəyə hazır olduğunu bəyan edir. İrəvan vurğulayır ki, Rusiya qarşısında geri çəkilmək niyyətində deyil. Qərbə yaxınlaşmaq xəttindən imtina etməyəcəklər. Rusiyanın məqsədləri Ermənistan hakimiyyətinə yaxşı məlumdur. Bir sözlə, Paşinyan və komandasını yaxın aylarda gərgin mübarizə gözləyir. Mübarizənin pik nöqtəsi də parlamentdə keçirilən seçkilər olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm