
Avropa Ermənistanla əlbirdir: İrəvan Azərbaycana qarşı revanş hissi bəsləyir
08:37 08.04.2025
Cənubi Qafqaz
462
Ermənistan ordusu şərti sərhədin Tovuz rayonu istiqamətində mühəndis-istehkam işləri aparıb.
Bu barədə "GSSR44" kanalı məlumat yayıb.
Bildirilib ki, ərazidə yeni atəş nöqtələrinin yaradılması, mövqelərdə təkmilləşdirmə işlərinin aparılması, kəşfiyyat üçün nəzərdə tutulmuş fortifikasiya qurğulanın quraşdırılması və yeni alternativ yolların çəkilməsi müşahidə olunur.
"Ermənistan hakimiyyəti sülh gündəliyinə "sadiq" olduğunu bəyan etsə də, əməldə tamam fərqli davranır. Ermənistan hərbi-siyasi rəhbərliyi bütün şərti sərhəd boyu əsasən hücum xarakterli mühəndis-istehkam işləri görür. Bu müşahidələr bir daha təsdiq edir ki, rəsmi İrəvanın Azərbaycana qarş məkrli gündəliyi var", - məlumatda vurğulanıb.
Qeyd edək ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Ermənistanın Azərbaycan Ordusunun mövqelərini atəşə tutması kəşfiyyat xarakterli addımlardır:

"Ermənistan Azərbaycan tərəfinin cavab atəşlərinin şiddəti, istiqaməti və digər xarakteristikaları nəzərə almaqla ölkəmizin döyüş mövqelərinin gücünü yoxlayırlar. Digər tərəfdən sərhəddə atəşkəsin pozulması Avropa İttifaqının "müşahidə" missiyasının nəzarəti altında olan ərazilərdə baş verir. Bu da ondan xəbər verir ki, Avropa tərəfi Ermənistanla əlbirdir. Çünki indiyə qədər "müşahidə" missiyasının hər hansı bəyanat və ya açıqlama eşitməmişik ki, Ermənistan tərəfi atəşkəsi pozur. Əgər bu real olsaydı, Avropanın obyektivliyinə inanardıq. Bütün bunlar onu göstərir ki, İrəvan Avropanın müəyyən razılıqlarını alıb və bu cür addımlar atır. Ermənistan istəyir ki, Azərbaycanı cavab reaksiyası verməyə təhrik etsin. Nəticədə atəşkəsi guya Bakı pozurmuş kimi qələmə versin. Sonunda planları beynəlxalq ictimaiyyətdə Azərbaycanı aqressiv planlarda günahlandırmaqdan ibarətdir. Bu da Ermənistanın bəzi Avropa ölkələrindən, xüsusilə Fransadan silahlandırılmasına rəvac yaranır. Ümumiyyətlə İrəvan Azərbaycana qarşı revanş hissi bəsləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Survivor 2026”nın final tarixi açıqlanıb
20:42 15.05.2026
Şou
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm