Avropa İttifaqından Paşinyana açıq ultimatum: Sanksiya ilə hədələdilər
Yusif Nəzərli
07:12 29.04.2025
Cənubi Qafqaz
336
Ermənistan Baş naziri Nikol Paşinyan Estoniyaya səfəri ilə Qərbin ona qarşı sərtləşmiş münasibətini yumşaltmağa çalışır ki, Moskvaya gözlənilən səfəri mümkün olsun.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Erməni nəşri qeyd edir ki, Qərb Paşinyanın mayın 9-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak üçün Moskvaya səfəri ilə bağlı açıq şəkildə ultimatum verib:
“Ona bildirilib ki, Ermənistan-Rusiya münasibətlərinin istiləşməsi Qərb üçün məqbul deyil.
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas bir neçə gün əvvəl açıq şəkildə bəyan etmişdi ki, Aİ-yə namizəd ölkələr Moskva hərbi paradında iştirak etməməlidir. Latviya xarici işlər naziri Bayba Braje isə bu qadağanı pozanlara qarşı mümkün sanksiyalara eyham vurub.
Ermənistan Aİ üzvlüyünə namizəd olmasa da, parlament “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib. Kallas əvvəllər ölkənin baş naziri vəzifəsini tutmuş estoniyalıdır. Hakim komandada dolaşan rəyə görə, Paşinyan Qərbə sadiqliyini bir daha təsdiqləmək və Rusiyadan gözlənilən zərbənin qarşısını almaq üçün Moskvaya getməyə məcbur olduğu mesajı vermək üçün Estoniyaya səfər edib.
Dünən o, hətta Tallində kommunizm (Stalin repressiyası – red.) qurbanlarının xatirəsini ehtiramla yad edib. 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə 22 min estoniyalı Krasnoyarsk, Novosibirsk, İrkutsk və Omsk vilayətlərinə deportasiya olunmuşdu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm