
Ermənistanda reallıqları qəbul edən yalnız Paşinyandır - ANALİTİK
Yusif Nəzərli
04:34 06.05.2025
Cənubi Qafqaz
329
Müxalifətin qələbə şansı sıfırdır
Müxalifət eyni ritorikadadır və seçkiyə "Qarabağ məsələsi"ni əllərində şüar tutaraq gedir
Qarabağdan Ermənistana qaçan və hələ də İrəvanda fəaliyyət göstərməyə cəhd edən keçmiş separatçı rejimin qalıqları özlərinə yeni “lider” seçməyə hazırlaşır. Keçmiş separatçı rejimin sonuncu “başçısı" Samvel Şahramanyanın “səlahiyyət müddəti” başa çatır. Separatçıların qalıqları qondarma “prezident seçkilərini” keçirə bilmədiyi üçün “parlamentləri” yeni “prezident” seçəcək. Şahramanyanın istefasından 7 gün sonra “namizədlər” irəli sürülməlidir. Şahramanyanın özü yenidən “başçı” olmağa tərəddüd edir. “Hraparak” nəşri yazır ki, separatçılar arasında Samvel Babayanın “namizədliyini” irəli sürmək təklifləri olsa da, o da “başçı” olmaq istəmir: "Yeni fiqurun adı hallanır. Söhbət “ərazi idarəetmə və infrastruktur naziri” olmuş Hayk Xanumyandan gedir". H.Xanumyan 1984-cü ildə İcevan (tarixi adı Karvansaray) rayonunda doğulub. İşğal dövründə Qarabağda fəaliyyət göstərmiş separatçıların “liderləri” əsasən SSRİ vaxtı bu bölgədə doğulanlar idi. Bu baxımdan, icevanlının separatçılara “liderlik” etməsi diqqət çəkir. Digər diqqətçəkən məqam isə Xanumyanın Paşinyanın yerlisi olmasıdır.
Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistanda müxalifət öz proqramına sülh gündəliyini deyil, müharibə proqramını salıb. Ekspert vurğulayıb ki, Ermənistan Baş naziri N.Paşinyan regionlarda keçirdiyi görüşlərdə "Tarixi Ermənistan"dan imtina edərək, "Real Ermənistan" proqramını qeyd edir:

"Paşinyan mövcud siyasi vəziyyətin Ermənistanın dövlətçiliyi üçün uğurlu olduğunu diqqətə çatdırır. Erməni əhalisini reallıqları qəbul etməyi və indiki sərhədlər daxilində dövlətçiliyi möhkəmləndirməyin əsaslarını təbliğ edir. Bu proqramla N.Paşinyan seçki öncəsi müxalifətin onun üzərinə Qarabağ məsələsində gəlməsini neytrallaşdırır. Baş nazir ölkədə müxalifətin Qarabağ məsələsindən istifadə etməsini, "real Ermənistan" üçün təhlükəli olduğunu bəyan edir. Ermənistanda "Qarabağ hərəkatı"nın bitdiyini, buna imkan verməyəcəyini bildirib. Bununla N.Paşinyan kifayət qədər R.Koçaryan və S.Sarkisyan tandeminin üzərinə gedir. Müxalifət isə yenidən ənənəvi "Qarabağ məsələsi"nə qayıdıb. Meydanlara Qarabağdan gedən erməniləri çıxarmaq və onların geri qayıtması məsələsini qabartmaqla Paşinyana təzyiq etməyə çalışır. Bu, müxalifətin uğursuz və köhnəlmiş metodudur. Məhz keçmiş Prezident Serj Sarkisyan İrəvanda tələbələrlə görüşündə vaxtı ilə Şuşanın işğal planının xəritəsini təqdim edib. S.Sarkisyan timsalında keçmiş liderlər hələ də öz "qalibiyyətlərinin" kölgəsində gizlənməklə, Ermənistan siyasi sferasında qələbə axtarır. Amma unudurlar ki, erməni əhalisi onları yenidən Baqramyan küçəsində hökumət evinə gətirməyəcək. S.Sarkisyan tələbələrlə görüşündə Qarabağ məsələsini gündəmə gətirməklə revanşist açıqlamalar verib".
Analitik əlavə edib ki, göründüyü kimi müxalifət eyni ritorikadadır və seçkiyə "Qarabağ məsələsi"ni əllərində şüar tutaraq gedir:
"Hələ də müxalifət N.Paşinyanı erməni ərazilərini təhvil verməkdən günahlandırırlar. Paşinyan da onlara cavab olaraq "hansı əraziləri təhvil verdim" deyə sual edir?! Bir növ, Nikol Paşinyan müxalifəti yenidən Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirməkdə ittiham edərək, onların müharibədə maraqlı olduğunu xalqa çatdırır. Əslində, Sarkisyan və Koçaryanın Qarabağ məsələsindən istifadə etməsi N.Paşinyanın maraqlarına cavab verir. Çünki erməni toplumu "Qarabağ məsələsi"ni qəbul etmir və yeni müharibəni rədd edir. Bu da müxalifətin seçkidə məğlubiyyəti deməkdir. Ermənistan müxalifəti Azərbaycanla sülhün əldə edilməsinə olan əngəli götürməsini N.Paşinyandan tələb etmir. Əslində, normal müxalifət Paşinyanı sülh müqaviləsini gecikdirməkdə ittiham etməlidir. Əgər Ermənistanda müxalifət sülh gündəliyini öz proqramına salarsa, seçkilərdə qələbə qazana bilər. Təbii ki, sülh proqramı şüar deyil, konkret əsaslara söykənməlidir. Amma Ermənistan müxalifəti isə N.Paşinyanı müharibə etməməkdə ittiham edir. Belə olan təqdirdə müxalifətin qələbə əldə etməsi mümkün olmayacaq. Ermənistanda hələ reallıqları qəbul edən N.Paşinyan və onun komandasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm