
Fidanın fransalı həmkarı ilə Cənubi Qafqazı müzakirə etməsinin dərin mənası var -ANALİTİK
13:34 03.04.2025
Cənubi Qafqaz
342
Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.
APA-nın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Nazirlər eyni zamanda, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar:
“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a vurğulayıb ki, belə görüşlərin özünəməxsus müəyyən gizliliyi mövcuddur:

“Ona görə də hər iki tərəf gizliliyi qorumağa borcludur. O cümlədən də, qardaş Türkiyənin və Fransanın xarici işlər nazirlərinin görüşündə cəmiyyətə açıqlanmayan müzakirələr aparılıb. Konkret olaraq söhbət Cənubi Qafqazdan və Azərbaycan-Ermənistan arasındakı normallaşmadan gedirsə, Türkiyənin mövqeyi qətiyyətlidir və rəsmi Bakının maraqlarıyla üst-üstə düşür. Hətta Azərbaycanın olmadığ yerlərdə belə Türkiyə həmin maraqları öz mövqeyləri səviyyəsində qoruyur. Türkiyə xarici işlər nazirinin fransalı həmkarıyla sözügedən mövzuda müzakirəsi hər kəsə uyğun şəkildə aparılıb. Yəni Türkiyə, əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın qardaş ölkə və bizə qarşı torpaq iddialarının aradan qaldırılması, ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı müzakirələr gedib. Əminliklə deyə bilərik ki, Türkiyə hər zaman Azərbaycanın mövqeyindən çıxış edir. Azərbaycan və Türkiyə biri-birinə o qədər yaxın dövlətlərdir ki, burada sən mən söhbəti ola bilməz. Türkiyənin xarici işlər nazirinin fransalı həmkarı ilə Cənubi Qafqazı müzakirə etməsinin də dərin mənası var. Çünki Fransa açıq şəkildə Ermənistanın tərəfindən çıxış edir və Türkiyənin qətiyyəti qarşısında mütləq geri çəkilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Survivor 2026”nın final tarixi açıqlanıb
20:42 15.05.2026
Şou
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm