
Mişa nəzarəti itirib: Partiyasının Saakaşvilinin sözünü yerinə yetirib-yetirməyəcəyi bəlli deyil
13:38 14.04.2025
Cənubi Qafqaz
412
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Milli Hərəkatın əsaslı islahatına dair öz planını təqdim edəcəyini bildirib.
Bu barədə o, sosial şəbəkə hesabında qeyd edib.
Saakaşvilinin sözlərinə görə, rejim təkcə milli ləyaqətə deyil, həm də ictimai hərəkatlara, siyasi partiyalara hücum edir.
O bildirib ki, rejim Rusiyanın tapşırıqlarını sədaqətlə yerinə yetirməsi üçün əlindən gələn hər şeyi edir. Saakaşvili daha güclü müqavimətə keçəcəklərini açıqlayıb.
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Mixail Saakaşvili müxalifətin ən əsas təsiredici fiqurlarından biri olaraq qalsa da, artıq yetkin nəzarəti itirməkdədir:

"Onun həbsdə olması partiya üzərində nəzarətinin xeyli azalmasına səbəb olur. Digər tərəfdən Gürcüstanda müxalifət özü də parçalanıb və fərqli liderlər ortaya çıxmağa çalışır. Həmçinin müxalifətdə namizəd kimi Saakaşvilinin partiyasında onun sözlərinə nə qədər əməl edilməsi, dediklərinin icrası sual altındadır. Bəzi hallarda Saakaşvilinin ölkədə olmamasından və ya həbsindən istifadə edərək fərqli qərarlar verirlər. Bütün bunlarla yanaşı hakimiyyət müxalifətdəki bu parçalanmadan, eyni zamanda Qərbdən iqtidara qarşı olan təzyiqdən özünü qorumağa çalışır. Hökumət anlayır ki, müxalifət artıq parçalanıb, istəsə də bir yerə də gəlib hakimiyyətə müdaxilə edə bilməyəcək. Eyni zamanda ABŞ Bayden administrasiyası dövründə Gürcüstana sanksiyalar tətbiq edirdi. Lakin Donald Tramp və onun komandası dönəmində bu məsələlərə maraq azalıb. Buna görə də Gürcüstanda müxalifət istədiyi dəstəyi almaya bilər".
Politoloqun sözlərinə görə, müxalifətin gələcəyi bir yandan onun daxildə birləşib mübarizə aparmasından, digər yandan Avropa İttifaqı və ABŞ-dan iqtidara qarşı olan təzyiqlərdən asılıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm