
Politoloq: Putin Cənubi Qafqaza doğru irəliləyir
Yusif Nəzərli
03:19 02.05.2025
Cənubi Qafqaz
337
Kreml yenidən imperiya planları qurur, Azərbaycan da risk altındadır
“Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir”
ABŞ Prezidenti Donald Trampın birinci prezidentliyi dövründə milli təhlükəsizlik müşaviri olmuş Con Boltonun Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığı barədə söylədikləri diqqət çəkib. Con Boltonun fikrincə, Putin Trampın ona dəstək verəcəyinə əmindir. Kreml sahibi bu yolla Rusiya imperiyasını bərpa etməyə çalışır. Con Bolton Vladimir Putinin hazırda danışıqlara tələsmədiyini, çünki döyüş meydanında üstünlük qazandığını düşündüyünü bildirib. Boltonun sözlərinə görə, mövcud vəziyyət Putinə mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək. Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu bildirib. Onun fikrincə, Putin Ukrayna ilə kifayətlənməyəcək, onun planları daha geniş coğrafiyanı əhatə edəcək. Bolton bu sırada Cənubi Qafqaz, o cümlədən Azərbaycanın adını çəkib: "Rusiya Azərbaycan, Gürcüstan və Ermənistan təsir dairəsində saxlamaq istəyir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Con Boltonun söylədiyi kimi, Kremlin Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər. Ekspert qeyd edib ki, Gürcüstanın hazırda Qərblə münasibətlərində soyuqluq mövcud olsa da, Tbilisi Cənubi Osetiya və Abxaziyaya görə Kremllə diplomatik münasibətləri bərpa etmək istəmir:

"Rusiya rəsmiləri əlaqələri bərpa etmək məqsədilə Tbilisiyə mesaj göndərməkdə davam edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə iqtisadi zəmində bağlı olsa da, hərbi və təhlükəsizlik sahəsində fərqli siyasətə üstünlük verir. Ancaq Baş nazir Nikol Paşinyanın ölkə içində mövqeləri getdikcə zəifləyir və əgər Kreml Ermənistanda növbəti parlament seçkisində erməni tərəfdarlarından birini hakimiyyətə gətirə bilərsə, Moskvanın İrəvanı yenidən forpostu halına gətirməsinə heç nə mane olmayacaq. Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir. Digər tərəfdən Nikol Paşinyan Konstitusiyada zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalayarsa, Rusiyanın Cənubi Qafqaza təsirini minimuna endirmək mümkün olacaq və bu halda Boltonun proqnozu özünü doğrultmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm