
Von der Leyenin söz oyunu: AK Zəngəzur dəhlizi mövzusunda Ermənistana təzyiq göstərməlidir
11:04 04.04.2025
Cənubi Qafqaz
376
Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen Avropa İttifaqı-Mərkəzi Asiya Sammitində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyətindən danışıb.
Ursula von der Leyen bu dəhlizin Avropa ilə 5 Mərkəzi Asiya ölkəsi arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.
“Getdikcə parçalanan dünyada Transxəzər Nəqliyyat Dəhlizi sizin ölkələrinizlə (Mərkəzi Asiyadakı 5 dövlət) Avropa arasında əlaqələri gücləndirəcək. Ancaq infrastruktur hər şey deyil”, – Ursula von der Leyen qeyd edib.
O, eyni zamanda, bu dəhlizin effektivliyi üçün region ölkələri arasında sərhəd keçidlərinin asanlaşdırılmasının vacibliyini vurğulayıb: “Həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz ölkələri ilə sərhəd keçidi Qara dənizə çatmaq üçün vacibdir”.
Avropa Komissiyasının Prezidenti Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, 30 ildən sonra Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması vəziyyəti köklü şəkildə dəyişə bilər: “Bu, oyunu dəyişdirəcək. Bu, Avropa ilə Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yaxınlaşdıracaq”.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, AK Prezidenti mühüm bir nöqtədən danışsa da, bölgənin reallıqlarını tam olaraq ifadə etməyib:

"Bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin açılması Asiya və Avropa arasında ticari əlaqələrin inkişafına vacib töhfə verər. Digər tərəfdən Ursula von der Leyen Ermənistan- Türkiyə sərhədlərinin açılmasından bəhs edir, amma Zəngəzur dəhlizindən danışmır. Biz bilirik ki, Ermənistanın öhdəliyi var, lakin yerinə yetirilmir. Hər kəsə məlumdur ki, Bakı-İrəvan münasibətləri normallaşmasa, İrəvanla Ankara arasında da baş verməyəcək. Ursula von der Leyen bunu fərqli məsələlərmiş kimi təqdim etməyə çalışır. Bu isə diplomatların söz oyunudur. AK həqiqətən prosesin inkişaf etməsini istəyirsə, Zəngəzur dəhlizi mövzusunda Ermənistana təzyiq göstərməlidir. Lakin təəssüflər olsun ki, hazırda belə bir iradə görmürük".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Survivor 2026”nın final tarixi açıqlanıb
20:42 15.05.2026
Şou
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm