Burkina-Fasoda fransızcanın rəsmi statusu ləğv edilib
Yusif Nəzərli
06:03 31.12.2023
Dünya
485
Burkina-Fasoda ingilis və fransız dilləri işgüzar dillər kimi müəyyən edilərək milli dillərin rəsmi status təsbit edilib.
“Report” ölkənin AIB agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Keçid Qanunverici Assambleyası konstitusiya dəyişikliyini qəbul edib.
Düzəliş sonucunda fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işgüzar statusu qazanır.
“Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın böyük diləyidir, hökumət də, xülasə, əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz”, – qəbul edilmiş sənəddə vurğulanıb.
Dəyişikliyə görə, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.
Qeyd edək ki, Burkina-Fasoda əhalinin təxminən 90 %-nin danışdığı 60-dan çox milli dil var. Onlardan ən çox yayılmışları mur, diula, bissa, daqara, fulfulde, qurmançemadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm