100-dən çox yaşayanlar bu yaşa elə-belə gəlmir -4 sirr
Yusif Nəzərli
10:56 18.08.2024
Dünya
435
Dünyada son illərdə 100 yaşdan artıq yaşayanların sayı artıb. Hesablamalara görə, insanlar daha uzun ömür yaşayır və qarşıdakı illərdə sayın daha da artacağı proqnozlaşdırılır.
“Sherg.az” “tr.mashable.com”a istinadən bildirir ki, 100 yaşını aşırmış insanlarda xroniki xəstəliklərə daha az rast gəlinir, onlar sağlamlıqlarını qoruyaraq bir çoxlarına doğru həyat tərzi örnəkləri göstərməkdədirlər. Uzunömürlüyün sirri əsasən genetik faktorlara bağlansa da, həyat tərzi, düzgün qidalanma da əsas səbəblərdən sayılır. Bu səbəblər sağlam həyat tərzinin 60 faizini təşkil edir. Avstraliyanın Sidney şəhərindəki UNSW mərkəzinin qidalanma üzrə epidemioloqu Zhaoli Dai-Keller və neyro-psixoterapiya professoru Perminder Saçdev 95-99 yaş arası insanları tədqiqata cəlb edərək uzunömürlüyün sirrini tapmağa çalışıblar. Bu insanların həyat tərzi araşdırlıb. Tədqiqat zamanı 4 əsas faktor müəyyənləşib. Qidalanma, dərmanlardan az istifadə, normal yuxu və insanın içində olduğu ortam. Təqdiqatçılar müəyyən edib ki, uzunömürlü insanlarn əksəriyyəti qidalanmada duzdan çox az, bəzisi isə ümumiyyətlə istifadə etmir. Qida rasionlarında protein tərkibli qidalara üstünlük verir, taxıllı ərzaqlardan daha çox istifadə edirlər.
Yaponiyanın uzunömürlülərinin məişəti isə təxminən belədir:
Hər gün sübh tezdən qalxır, səhər gəzintisinə çıxırlar. Gəzinti səhər saat 5-də başlayıb 30 dəqiqə və ya 1 saat çəkir. Gün ərzində bacardıqca çox gəzməyə, çox addım atmağa çalışırlar. Addımların sayı 7 minə çatanlar də var. Hər səhər idmanla məşğul olur, fiziki hərəkətlər edirlər. 95 yaşlı yaponlar ağır qantellər qaldırır, müvazinətlərini saxlamağı bacardıqlarını test etmək üçün fiziki hərəkətlər edirlər. Bu zaman bədənlərini zora salmır, fasilələrlə, yavaş-yavaş hərəkət edir, fiziki hərəkətləri tez-tez dəyişdirirlər. Səhər gəzintisi və idman başa çatdıqdan sonra mütləq doğmaları ilə, qohumlarla, dost-tanışla hal-əhval tutur, söhbət edirlər. Telefonu olan telefon vasitəsilə, olmayanlar şəxsən görüşərək. Bundan rahatlıq duyduqlarını, əhvallarının yüksəldiyini bildirirlər. Yapon ailələr sosial bağların qopmamasına diqqət edir. Çünki yalnızlıq insanı tez qocaldan amildir. Hər gün bir neçə dəqiqəlik də olsa, şəxsi düşüncələrinə vaxt ayırır, fikirlərini toplayırlar. Bağ-bağça ilə məşğul olan, əkinçilik edən yaşlı yaponlar çoxdur. Torpaqdan güc aldıqlarını, torpaqda çalışmağın onlara inanılmaz həzz yaşatdığını deyirlər. Yaponlar əhvali-ruhiyyələrini yüksəldən işlərlə məşğul olmağı sevir və aktiv həyat tərzi keçirməyə çalışırlar. Gecə yuxusunun normal olmasına diqqət edir, üstəlik, gün ərzində fasilərlə yatırlar. Bununla bədənlərini, orqanizmi dincəldirlər. Yaponlar mili mətbəxə çox bağlıdırlar. Qırmızı ət, dəniz məhsulları yeyir, duzdan istifadə etmirlər. Yeməklər yaxşı həzm olunsun, orqanizm sakitləşsin deyə yeməkdən sonra isti çay içirlər. Dərman preparatlarından uzaq durmağa çalışırlar. Təbiətlə təmasa böyük önəm verir, meşəliklərdə gəzməyi xoşlayır, təbiətin insanı gənc saxladığına inanırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm