Zərif: “İran-Azərbaycan dəmiryol xətləri aktivləşdirilməlidir”
10:50 18.02.2021
Arxiv
428
İran və Azərbaycan arasında dəmiryol xətləri və sərhəd imkanları aktivləşdirilməlidir.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Təbrizdə İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi ilə görüşdə deyib.
Zərifin sözlərinə görə, İran və Azərbaycan münasibətlərində yaranan fürsətdən istifadə etmək üçün aidiyyəti qurumlar və özəl sektor ciddi şəkildə səy göstərməlidir və İranın Xarici İşlər Nazirliyi bu sahədə əməkdaşlıq etməyə hazırdır.
Nazir əlavə edib ki, qonşu ölkələrlə ticarət və iqtisadi münasibətlərin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti və Təbrizin önəmli rolu var.
İran xarici işlər naziri bir müddət öncə region ölkələrinə səfər etdiyini və Culfa sərhədi ilə yaxından tanış olduğunu deyib:
“Potensial imkanların, o cümlədən dəmiryolu xətti və sərhəd imkanlarının aktivləşdirilməsi İranın beynəlxalq dəhlizlərdə və region bazarlarında aktiv iştirakına şərait yaradacaq”.
Görüşdə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi də bildirib ki, Xudafərin sərhəd terminalının istifadəyə verilməsi, Culfa-Naxçıvan dəmiryolu xəttinin yenidən fəaliyyətə başlaması İran və Azərbaycanın iqtisadi və ticarət münasibətlərini artıracaq:
“Xüsusilə Culfa-Naxçıvan dəmiryolu xəttinin yenidən fəaliyyətə başlaması İranın qonşu ölkələr, Avrasiya bazarına çıxışı üçün zəruridir. Bununla əlaqədar Şərqi Azərbaycan vilayətinin aidiyyəti qurumları tərəfindən iqtisadi əsaslarla plan hazırlanıb”.
Şərqi Azərbaycan valisi qeyd edib ki, İran Azərbaycanla əməkdaşlıqların inkişafı istiqamətində azad olunan ərazilərin bərpa olunmasında aktiv iştirak etməyə hazırdır.
Qeyd edək ki, İranda Azərbaycanla ticarətin inkişafı komitəsi yaradılıb və bu komitəyə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm